From Wikipedia, the free encyclopedia
Basketbol üzrə dünya çempionatı — basketbol üzrə 1950-ci ildən etibarən FİBA-nın təşşəbbüsü ilə hər 4 ildən bir kişilərdən ibarət milli yığma komandaların iştirakı ilə keçirilən beynəlxalq turnir. Bu idman növü üzrə olimpiya turniri ilə yanaşı, dünya çempionatı da beynəlxalq basketbol turnirləri arasında xüsusi yer tutur.
Basketbol üzrə kişilərdən ibarət yığma komandalar arasında dünya çempionatının keçirilməsi haqqında qərar 1948-ci ildə Londonda keçirilən yay Olimpiya oyunları zamanı FİBA-nın konqresində[1] qəbul edilmişdir. Basketbol üzrə ilk dünya çempionatı 1950-ci ildə Buenos-Ayresdə (Argentina) keçirilmişdir[2] . Çempionatda 10 komanda iştirak etmişdir. İlk dünya çempionu 1948-ci ildə Olimpiya çempionu olmuş ABŞ yığma komandası üzərində qələbə qazanan Argentina komandası olmuşdur. Sonralar ABŞ yığma komandası 5 (beş) dəfə (1954, 1986, 1994, 2010, 2014); Yuqoslaviya yığma komandası 5 (beş) dəfə (1970, 1978, 1990, 1998 və 2002), SSRİ yığma komandası 3 (üç) dəfə (1967, 1974 və 1982), Braziliya yığma komandası 2 (iki) dəfə (1959 və 1963) dəfə basketbol üzrə dünya çempionu olmuşdur.
1953-cü ildən başlayaraq basketbol üzrə qadınlardan ibarət yığma komandalar arasında da dünya çempionatı keçirilməyə başladı. İlk çempionat 1953-cü ildə Santyaqoda (Çili) keçirilmiş, ilk dünya çempionu ABŞ yığma komandası olmuşdur. Qadınlardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında ABŞ komandası daha 8 (səkkiz) dəfə (1957, 1979, 1986, 1990, 1998, 2002, 2010), SSRİ yığma komandası 6 (altı) dəfə (1959, 1964, 1967, 1971, 1975 və 1983) dünya çempionu olmuşdur.
İl | Keçirildiyi yer | Final matçı | Bürünc uğrunda matç | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
Qızıl | Hesab | Gümüş | Bürünc | Hesab | 4-cü yer | ||||
1950 | Argentina | Argentina |
64:50[3] | ABŞ |
Çili |
51:40[3] | Braziliya | ||
1954 | Braziliya | ABŞ |
62:41[3] | Braziliya |
Filippin |
66:60[3] | Fransa | ||
1959 | Çili | Braziliya |
81:67[3] | ABŞ |
Çili |
86:85[3] Overtaym |
Tayvan | ||
1963 | Braziliya | Braziliya |
90:71[3] | Yuqoslaviya |
SSRİ |
69:67[3] | ABŞ | ||
1967 | Uruqvay | SSRİ |
71:59[3] | Yuqoslaviya |
Braziliya |
80:71[3] | ABŞ | ||
1970 | Yuqoslaviya | Yuqoslaviya |
80:55[3] | Braziliya |
SSRİ |
62:58[3] | İtaliya | ||
1974 | Пуэрто-Рико | SSRİ |
82:79[3] | Yuqoslaviya |
ABŞ |
83:70[3] | Kuba | ||
1978 | Filippin | Yuqoslaviya |
82:81 Овертайм |
SSRİ |
Braziliya |
86:85 | İtaliya | ||
1982 | Kolumbiya | SSRİ |
95:94 | ABŞ |
Yuqoslaviya |
119:117 | İspaniya | ||
1986 | İspaniya | ABŞ |
87:85 | SSRİ |
Yuqoslaviya |
117:91 | Braziliya | ||
1990 | Argentina | Yuqoslaviya |
92:75 | SSRİ |
ABŞ |
107:105 Overtaym |
Puerto-Riko | ||
1994 | Kanada | ABŞ |
137:91 | Rusiya |
Xorvatiya |
78:60 | Yunanıstan | ||
1998 | Yunanıstan | Yuqoslaviya |
64:62' | Rusiya |
ABŞ |
84:61 | Yunanıstan | ||
2002 | ABŞ | Yuqoslaviya |
84:77 Overtaym |
Argentina |
Almaniya |
117:94 | Yeni Zelandiya | ||
2006 | Yaponiya | İspaniya |
70:47 | YUnanıstan |
ABŞ |
96:81 | Argentina | ||
2010 | Türkiyə | ABŞ |
81:64 | Türkiyə |
Litva |
99:88 | Serbiya | ||
2010 | İspaniya | ABŞ |
129:92 | Serbiya |
Fransa |
95:93 |
Литва | ||
2019 | Çin |
Cədvəldə SSRİ və Rusiya, həmçinin Yuqoslaviya və Serbiya milli komandalarının medalları ayrı-ayrılıqda verilmişdir[4]..
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.