Banya Başı məscidi
Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid / From Wikipedia, the free encyclopedia
Banya Başı məscidi (bolq. Баня баши джамия, türk. Banya Başı Camii) — Bolqarıstanın Sofiya şəhərində yerləşən məscid.
Cəld faktlar Ölkə, Memar ...
Banya Başı məscidi | |
---|---|
| |
![]() | |
42°41′58″ şm. e. 23°19′21″ ş. u. | |
Ölkə | |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1566 |
Üslubu | Osmanlı memarlığı |
Material | kərpic |
![]() |
Bağla
Xeyriyyəçi Molla Əfəndi Kadı Seyfullahın təşəbbüsü və maddi yardımı ilə tikilib. Belə ki, müxtəlif mənbələrdə məscid “Molla Əfəndi” məscidi adı ilə və ya “Kadı Seyfullah” kimi də göstərilir. Qapının üstündəki tağda yerləşən daşın üzərində mətn köhnə boya ilə yazılıb, onu oxumaq mümkün deyil. Mətnin altında 974-cü il tarixi göstərilir ki, bu da məscidin hicri təqvimo ilə (islam təqvimi) 974-cü ildə və ya 1566-1567-ci illərdə tikildiyini göstərir.[1]