From Wikipedia, the free encyclopedia
Banks (Banksın adası, ing. Banks Island) — Kanada Arktik arxipelaqının iri adalarından biri. İnzibati cəhətdən Kanadanı Şimal-Qərb əraziləri vilayətinə daxildir.
Banks adası | |
---|---|
ing. Banks Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 70,028 km² |
Uzunluğu |
|
Eni | 290 km |
Hündür nöqtəsi | 730 m |
Əhalisi |
|
Yerləşməsi | |
73°00′00″ şm. e. 121°30′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada 1820-ci Vilyam Parri tərəfindən Cozef Banksın şərəfinə adlandırılmışdır. Robert Mak-Klur bölgəni araşdırarkən (1850–1854) adanı xəritəsində "Berinq adası" adlandırmışdır.
Ada Viktoriya (ada)sından şərqdə Uels Şahzadəsi (boğaz), materikdən (cənub) Amundsen körfəzi ilə ayrılır. Onun qərb sahillərini Bofort dənizinin suları yuyur. Şimal-şərqdən Mak-Klur boğazı vastəsi ilə Şahzadə Patrik və Melvill adasından ayrılır. Ərazisi 70,028 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasıda 24-cü yerdə gedir, Kanadanın isə 5-ci adasıdır. Onun uzunluğu 380 km, eni 290 km təşkil edir. Ən hündür nöqtəsi Darem-Hayts (Durham Heights) zirvəsidir ki, onunda hündürlüyü 730 m təşkil edir.
Ən iri çayları : Tomsen, Biq-River və Bernard. Çayları Biq-River və Bernard qərbə Şimal Buzlu okeana, Tomsen isə şimala Mak-Klur boğazına istiqamətlənir. Ən iri buxtaları: de-Sali (cənub-şərqdə), Tisicer (cənub-qərbdə), Bernest və Storkerson (qərbdə). Ucqar nöqtələri: Şahzadə-Alfred burnu (şimal-qərbdə), Kellett burnu (cənub-qərbdə), Lamton burnu (cənubda), Rassel burnu (şərqdə), Rotsli burnu (şimalda).
Adada ağaclar bitmir, ən hündür bitki Arktika söyüdüdür ki, onunda hündürlüyü 10 sm yüksək olmur. 1961-ci ildən adada iki qoruq yaradılmışdır. Şimalında Olavik milli parkı yerləşir. Banks adasında Ağ qazlatın dünya üzrə populyasiyasının ⅔ cəmlənmişdir. Burada həmçinin Tundra karibusu, Ağ ayı, köçəri quşlardan Gəzərgi qaratoyuq və Qaranquş kimi canlıları görmək olar.
İlk dəfə məhz burada Ağ ayı ilə Qonur ayının ibriti aşkarlanmışdır.
Adanın yeganə daimi yaşayış məntəqəsi Saks-Hardur. Eskimoslar kəndlərini İnhuak adlandıtırlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.