Bank-du-Qeysir
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.
Bank-du-Qeysir (fr. Banc du Geyser) — Hind okeanında yerləşən yaşayışı olmayan kiçik rifdən təşkil olunmuş adalar qrupu. Rifdən təşkil olunmuş quru parçaları Mozambik boğazının şimal-şərqində, Mayyotedən 125 km şimal-şərqdə, Qloryoz adalarından 112 km cənub-qərbdə, Madaqaskardan 200 km şimal-qərbdə yerləşir. Qayalar ümumiyyətlə 1,5–3 m ARASI yüksəklikdədir. Ən böyüyü Cənub qayası 8 metr hündürlüyə sahibdir. Riftin şərq hissəsində çəmən və kiçik çəmənlərlə örtülmüş hündürlüyü 1 ilə 3 m arasında ərazilər vardır Burada yerləşən kiçik qayalıqlar və rifləri çıxmaq şərti ilə uzunluğu 8 km, eni 3 kmdir. Ərazidə çoxlu sayda dəniz quşu vardır. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar və Komor adaları iddia edir. Qeysir rifi ilk dəfə 700-cü illərdə ərəb dənizçiləri tərəfindən aşkarlanmış və 800-cü illərdə isə naviqasiya xəritələrinə salınmışdır. 1650-ci illərdə İspan xəritələrində Arecife de Santo Antonio kimi göstərildi. Cari ad isə 23 dekabr 1678-ci ildə bir ingilis gəmisi Qeysirin şərəfinə adlandırılmışdır.
Burada hansısa təsərrüfat işləri aparılmır. Əhalisi yoxdur.