From Wikipedia, the free encyclopedia
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı müharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Müharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur.
1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər. Sülhü qoruyub saxlamaq üçün böyük dövlətlər müstəqil Albaniya krallığının yaranmasının tərəfdarı idilər. Balkan müharibələri döyüşən bütün tərəfləri müharibənin nəticələrindən narazı saldı, bütün bunlar 1914-cü ildə serb millətçiləri tərəfindən Avstriya taxtının vəliəhdi hersoq Ferdinandın öldürülməsi və Birinci dünya müharibəsinin başlanması ilə nəticələndi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.