Bakı–Tbilisi–Qars dəmiryolu
From Wikipedia, the free encyclopedia
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti[2] (abr. BTQ[2]) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi.[3] Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.[4] Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il[5], daha sonra 2013-cü il[6] sonra 2015-ci il[7] 2016,[8] və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.[9]
Dəmiryolu xətti | |
Bakı-Tbilisi-Qars dəmiryolu | |
---|---|
Ölkələr | |
Şəhərlər | |
Uzunluğu | 826 km |
Başlayır | Bakı |
Bitir | Qars |
Tikilmə tarixi | 2007-ci il |
İstismara verilib | 2017-ci il |
İstismarçı | |
Təkər oxu | 1435 (), 1520 (, ) |
Şpalları | beton |
Sürət | 120 km/saat |
Yükdaşıma | 6 500 000 t/il |
Sərnişindaşıma | 1 500 000 nəf./il |
Stansiyaları | 10 |
Vəziyyəti | Tamamlanıb [1] |
Vikianbarda əlaqəli mediafayllar |
27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.[10][11]
Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.[12]