Bakı Kristal Zalı
Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi From Wikipedia, the free encyclopedia
Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi From Wikipedia, the free encyclopedia
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi.[1] Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsi də burada keçirilmişdi.[2]
Bakı Kristal Zalı | |
---|---|
Baku Crystal Hall | |
| |
40°20′38″ şm. e. 49°51′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Dövlət Bayrağı Meydanı |
Tikilmə tarixi | 2 avqust 2011 – 16 aprel 2012 |
Aidiyyatı | Bakı Şəhər İcra Hakimiyyəti |
Memar | Alpine Bau Deutschland AG |
Memarlıq quruluşu | Modern |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir.[3] 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır.[4] Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb. "Bakı Kristal Zalı"nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar "elektron pəncərə"lər formasında yerləşdirilib.[3] Bundan əlavə, şounu ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb.
17 noyabr 2011-ci ildə CNN telekanalı Azərbaycanda final yarışmasına hazırlıqla bağlı geniş reportaj verdi.[5] Telekanal reportajında "2012 Avroviziya Mahnı Müsabiqəsi"nin keçirilməsi ehtimal edilən Bakı Kristal Zalının eskizini nümayiş etdirdi.[6]
25 yanvar 2012-ci il tarixində "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı Kristal Zalında keçiriləcəyi rəsmən təsdiqləndi. Avropa Yayım Birliyi (EBU) bu barədə açıqlama verdi.[7]
Müsabiqənin Azərbaycan üzrə yayımçısı olan Azərbaycan İctimai Teleradio SC bu müsabiqə üçün 3 potensial yer təklif edibmiş, lakin EBU üstünlüyü yeni qapalı arenaya verib. Yeni tikilən "Baku Crystall Hall" təxminən 25 min tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalını və finalını böyük monitordan canlı izləyə biləcəklər.[7]
2012-ci ilin sentyabrın 23-də Cenifer Lopez "Dance again" proqramı ilə Kristal Zalında səhnəyə çıxıb.
2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün-30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxmışdır.[8]
2013–14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasının dördlər finalına ev sahibliyi qazanan Bakı şəhərinin arena seçimi Krsital Zalından yana oldu.[9] Bu seçimdən sonra martın 15-i və 16-ı voleybol üzrə Çempionlar liqasının müvafiq olaraq iki yarımfinal, bir üçüncülük və bir final oyununa Kristal Zalı ev sahibliyi etmişdi. Sonda təmin etdiyi yüksək səviyyəli imkanlara görə zal bu mənada indiyə qədərki yarışlar içində ən möhtəşəm təşkilatçılığa imza atmışdı. Maraq üçün qeyd edək ki, turnirin final qarşılaşmasında Dinamo Kazan Vakıfbank Günəş Sığorta Qadın Voleybol Komandasına 3–0 hesab ilə qalib gələrək Avropanın bir nömrəli kubokuna yiyələnmişdi.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.