Azərbaycan ikinci liqasında mübarizə aparan peşəkar futbol klubu From Wikipedia, the free encyclopedia
Bakı — Azərbaycanın futbol klubudur. Komanda ev oyunlarını Bakı Futbol Klubu Stadionunda oynayır. Arena 3000 azarkeş tutumuna malikdir. Hal-hazırda İsgəndər Cavadov adına "Bakı" Futbol Akademiyası adı ilə Region Liqasında çıxış edir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bakı FK | |||
---|---|---|---|
Klubun tam adı | Bakı Futbol Klubu | ||
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | Zolaqlılar | ||
Rəng(lər) | |||
Yaranma tarixi | 1997 | ||
Bağlama tarixi | 2016 | ||
Stadionu | Bakı Futbol Klubunun təlim-məşq Bazasının Stadionu | ||
Tutumu | 3000 | ||
Prezidenti | Hafiz Məmmədov | ||
Liqa | Həvəskarlar liqası | ||
2015/16 | 14 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Klub 1997-ci ildə "Polis Akademiyası" və "Qartal-95" klublarının birləşməsindən yaranıb.1997-ci ildə "Polis Akademiyası", 1997–2000-ci illərdə "Dinamo" adlandırılıb. 2000–2001-ci illərdə "Bakılı" Futbol Klubu ilə birləşib və "Dinamo-Bakılı" adlandırılıb. 2004-cü ildən etibarən klubu "BAGHLAN GROUP" şirkətlər qrupu himayəyə götürüb. Elə həmin ildən də klubun adı dəyişdirilərək "Bakı" adlandırılıb.
2004-cü ildə "BAGHLAN GROUP" şirkətlər qrupu klubu himayəsinə götürüb. Bundan sonra "Bakı" klubu iki dəfə Azərbaycan Çempionu, Azərbaycan Çempionatının gümüş və bürünc mükafatçısı, Azərbaycan Kubokunun sahibi kimi titullar qazanmağı bacarıb, ölkənin ən iddialı klublarından birinə çevrilib. Klub prezidenti Hafiz Məmmədov Türkiyə Respublikasından bir neçə futbol mütəxəssisini 2008-ci ilin iyun ayında Bakıya dəvət edib. İşçi qrupunun "Bakı" futbol klubunda ilk işi klubun rəsmi saytı və jurnalının yenilənməsi olub. Tezliklə prezidentin şəxsi nəzarəti ilə "Böyük "Bakı"- 2012" layihəsi hazırlanaraq təsdiqlənib. Layihənin ilk bəhrələrini isə 2010-cu ildən etibarən görüləcəyinə söz verən qrup aşağı yaş qruplarında 8 komanda formalaşdırdı. Layihənin tərkib hissələrindən biri isə klubun baza və stadionunun inşası məsələsidir. Belə ki, 2012-ci ilə kimi "Bakı" yeniyetmə və gənclərdən təşkil olunmuş komandalarının məşq etməsi üçün standartlara uyğun baza və stadion inşa etdirəcək. Artiq bu istiqamətdə vacib addımlar atılıb. Konkret olaraq Elman Ələkbərovun rəhbəri olduğu "VİP — Sort" şirkəti ilə bağlanan müqaviləyə əsasən komandanın məşq etməsi üçün standart meydança Delfin Hotelin arxasındakı ərazidə istifadəyə verilib.
|
|
2010-cu il noyabrın 26-da açıqlanan klubların XXI əsr üçün reytinqində ilk onilliyi 318,5 xal ilə Azərbaycan klubları arasında 3-cü, dünyada isə 387-ci pillədə başa vurmuşdur[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.