From Wikipedia, the free encyclopedia
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür[1].
Bakı-Tbilisi-Ərzurum Boru Xətti | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | təbii qaz kəməri |
Başlayır | Bakı (Səngəçal terminalı), Azərbaycan |
Bitir | Ərzurum, Türkiyə |
İstismara verilib | 2006-cı il |
Operatoru | BP |
Tərəfdaşlar |
BP (28.8%) SOCAR (16.7%) Statoil (15.5%) LUKoyl (10%) Total (10%) Naftiran Intertrade (10%) Türkiye Petrolleri Anonim Ortaklığı (9%) |
Uzunluğu | 692 km |
Diametri | 42 |
Ötürücülüyü | 25 milyard m³/il |
Yerləşməsi | |
Ölkələr | |
|
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir.
2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb.[2] 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.