From Wikipedia, the free encyclopedia
Bahadur xan Mallaçixanov və ya Mallaçixan (1882 – 1942) — Zaqatalanın qubernatoru, Dağlılar Respublikasının ticarət, sənaye və ərzaq naziri.
Bahadur xan Mallaçixanov | |
---|---|
16 yanvar 1920 – 28 aprel 1920 | |
Əvvəlki | Məhəmməd bəy Şahmalıyev |
Sonrakı | vəzifə ləğv edildi |
17 dekabr 1918 – Mart 1919 | |
Əvvəlki | ? |
Sonrakı | A. Butayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1882 |
Vəfat tarixi | 1942 |
Bahadur xan Mallaçixanov 1882-ci ildə doğulmuşdur. Milliyətcə avardır. Mühəndis təhsili almışdır. 1917-ci ildə Bakıda Avar Cəmiyyətinin sədri olmuşdur. 1942-ci ildə ölmüşdür.[1]
Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmişdir. 1 may 1917 tarixində Birinci Dağlı Qurultayında Dağıstan oblastından Rəyasət Heyətinə üzvlüyə ikinci namizəd seçilmişdir.[2]
11 may 1918-ci il tarixindən Şimali Qafqaz və Dağıstan Dağlı Xalqları İttifaqının sabiq rəhbərləri Şimali Qafqaz Dağlılar Respublikasının müstəqilliyini elan etdilər.[3]
24 may 1918-ci ildə Şimali Qafqaz Dağlılar Respublikasının Tapa Çermoyevin rəhbərliyində ilk hökuməti elan olundu. Gəncədə qurulan hökumət əvvəl Dərbəndə, sonra Teymurxan-Şuraya köçdü. 15 dekabr 1918-ci ildə Dağlılar Respublikasının parlamentinin qurulması qərara alındı. Bununla mövcud hökumət istefa verdi. 17 dekabr 1918-ci ildə Pşemaxo Kotsev rəhbərliyində yeni koalisyon hökumət quruldu və Bahadur xan Mallaçixanov bu hökumətdə ticarət, sənaye və ərzaq naziri vəzifəsinə təyin olundu.[4][5]
Denikin ordusunun Çeçenistanın böyük hissəsini işğal etməsi Dağlı Respublikasında hökumət böhran yaratdı. Pşemaxo Kotsevin və hərbi nazir N. Tarkovskinin passivliyini tənqid edən hökumət üzvləri Rəşid xan Qaplanov, V. Cabagiyev və Nurməmməd bəy Şahsuvarov istefa verərək, yeni hökumət qurulmasını istədilər. 23 mart tarixində Pşemaxo Kotsevin hökuməti istefa verdi. Parlament hökumətin təşkilini yenə Pşemaxo Kotsevə həvlə etdi. Yeni hökumət 26 mart 1919-cu ildə parlamentə təqdim olundu və təsdiqləndi. Mallaçixanov bu dəfə kabinetdə yer almadı.[6]
23 may 1919-cu ildə parlamentin son iclası keçirildi və parlamentin fəaliyyətinə sona çatdı.
Bahadur xan Mollaçixanov bir müddət Dağlılar Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliyinin rəhbərinin vəzifələrini icra etmişdir.[7] O, həmçinin bir müddət İttifaqın maliyyə nazirinin səlahiyyətlərini icra etmişdir.[8]
1920-ci ilin əvvəllərində Zaqatala quberniyasının ali hakimiyyət eşalonunda dəyişiklik oldu: hökumətin 16 yanvar tarixli qərarı ilə Məhəmməd bəy Şahmalıyev vəzifəsindən azad olundu və onun yerinə Bahadur xan Mallaçixanov təyin edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.