From Wikipedia, the free encyclopedia
Bahaəddin Nəqşibənd məqbərəsi
Bahaəddin kompleksinin mərkəzi girişi | |||
Ölkə | Özbəkistan | ||
Şəhər | Buxara | ||
Koordinatları | 39/48/3/N/64/32/11/E | ||
Tikilmə tarixi | XVI əsrin birinci yarısı | ||
Status |
|
Baha əd-Din kompleksi, Buxaranın şəhərətrafı bölgəsində yerləşən dini ansambldır. Kompleks, Nəqşibənd dərviş ordeninin mərkəzi olaraq xidmət etmişdir. Onun başçısı Şeyx Bahaəddin Nəqşibənd 1389-cu ildə vəfat etmişdir və Buxara yaxınlığındakı Kasri Arifon kəndi (indiki Kaqan bölgəsində) yaxınlığında dəfn edilmişdir.
Məqbərə bir mədrəsə, iki məscid və bir minarədən ibarətdir.
Baha əd-Din ansamblı XVI əsrə xas — nekropol ilə ritual binanın birləşməsi formasını almışdır.
Hökmdar Əbülfəyz xanın anası (1711-1747) öz vəsaiti hesabına iki eyvanlı məscid tikdirir və XIX əsrdə Nəsrullah xanın vəziri Hakim Quşbəyi daha bir məscid tikdirir. Minarə (qüllə) 1720-ci ildə inşa edilmişdir.
Sovet dövründə bu ziyarətgah xarabalığa çevrilmişdi.
Özbəkistan müstəqillik əldə etdikdən sonra Bahaəddin Nəqşibəndin 675-ci ildönümü şərəfinə 1993-cü ildə ziyarətgah restavrasiya edildi.
Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə 2003-cü ildə kompleksin təkmilləşdirilməsi üçün böyük işlər görülür. Hündür günbəzli darvazaxana (giriş otağı) tikilir. Zəngin bəzədilmiş eyvanlar - terraslar bərpa edilir. Geniş bağ, Həzrəti Bahaəddinin müqəddəs məzarını və anasının dəfn olunduğu yeri vahid bir kompozisiyaya birləşdirir.
Həmçinin Daxmai Şoxon (hökmdarların nekropolu) da bərpa edildi, burada Temurilər, Şeybanilər, Həştərxanilər və Manqıtlar sülalələrindən olan bəzi hökmdarların qalıqları dəfn edilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.