![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fd/Babada%25C4%259F_seen_from_Gemiler.jpg/640px-Babada%25C4%259F_seen_from_Gemiler.jpg&w=640&q=50)
Babadağ (dağ, Türkiyə)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Babadağ.
Babadağ (qədim dövrlərdə: Kraq dağı, yun. Κράγκος, lat. Cragus/Cragos/Kragus) və ya Baba dağı[3] — Türkiyənin cənub-qərbində, Muğla ilindəki Fəthiyə rayonunda dağ.
Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Babadağ | |
---|---|
türk. Babadağ | |
![]() Babadağ dağının Gəmilər adasından görünüşü. | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Tavr dağları |
Dağ silsiləsi | Tavr dağları |
Mütləq hündürlüyü | 1969[1] |
Nisbi hündürlüyü | 1763[2] |
Marşrutu | Nəqliyyat vasitəsilə |
Yerləşməsi | |
36°31′42″ şm. e. 29°11′06″ ş. u. | |
Ölkə |
![]() |
Region | |
Vilayət | |
Rayon | |
![]() |
Bağla
Dağın zirvəsinin dəniz səviyyəsindən hündürlüyü – 1,969 metr (6,460 ft). İkinci zirvə olan Qaratəpənin (türk. Karatepe) dəniz səviyyəsindən hündürlüyü – 1,400 metr (4,600 ft). Bu iki zirvənin arasında bir vadi yerləşir. Buna görə də Babadağ bəzən dağ silsiləsi də adlanır. Dağın əksər hissəsi əhəngdaşından ibarətdir. Dağın yamacında endemik bitkilər olan Acer undulatum və Livan sidri kimi müxtəlif bitkilər yerləşir.
Zirvə dənizə olan yaxınlığı ilə xarakterizə edilir.[lower-alpha 1] Bu, dağın paraplan üçün uyğun və populyar bir yer olmasının amillərindən biridir.