Bağdadın mühasirəsi (1258)
1258-ci ildə Bağdadın mühasirəsi, tutulması və talan edilməsi / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Bağdadın mühasirəsi.
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar.
Cəld faktlar Tarix, Yeri ...
Bağdadın mühasirəsi | |||
---|---|---|---|
Monqol işğalları | |||
| |||
Tarix | 29 yanvar – 10 fevral 1258 (13 gün) | ||
Yeri | Bağdad (indiki İraq) | ||
Nəticəsi | Monqolların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir.