Baça bazı
From Wikipedia, the free encyclopedia
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan[1] cinsi quldarlığın və uşaq fahişəliyin növü[2]. Əfqanıstanda və Pakistanda mövcuddur.[1][3]
Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu.[4][5] İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər.[6] ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər.[7] beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir.[8]
Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar.[9][10][11]