heykəltəraş və rəssam From Wikipedia, the free encyclopedia
Baçço Bandinelli və ya əsl adı ilə Bartolommeo Brandini (12 noyabr 1493[1], Florensiya[2] – 7 fevral 1560[3][2], Florensiya[2]) — İntibah dövrünün italyan rəssamı və heykəltaraşı. XVI əsrdə yaratdığı heykəlləri Mediçi ailəsi tərəfindən alınırdı.
Baçço Bandinelli | |
---|---|
Doğum tarixi | 12 noyabr 1493[1] |
Doğum yeri | |
Vəfat tarixi | 7 fevral 1560[3][2] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam, boyakar[d], sənətşünas, dizayner |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Mikel di Viviano de Brandini oğlu Bandinellini zərgar kimi böyütmüşdür. Lakin daha sonra heykəltaraşlığa maraq göstərən Bandinelli heykəltaraş Covanni Françesko Rastiçinin yanında işləmiş və Toskana hersoqu I Kosimo Mediçinin sarayında tanınmış incəsənət xadiminə çevrilmişdir. Birisi Vatikanda (1531), o birisi Florensiyada (1550) olmaqla iki incəsənət məktəbi açmışdır. Ciorci Vasari "Məşhur italyan memar, rəssam və heykəltaraşların həyatı" ("Le Vite de’ piû eccellenti architet- ti, pittori, et scultori italiani", 1550) və Benvenuto Çellininin "Həyat" ("Vita", 1728) adlı kitablarında Bandinelli qısqanc, pis və qabiliyyətsiz kimi təsvir olunmuşdur. Bandinelli soyadını 1530-cu ildə almışdır.
Bandinellinin əsərləri onun öz işində peşəkar olduğunu göstərir. Florensiyanın Uffizi qalereyasında sərgilənən "Laokoon" əsəri, "He- rakles ve Cacus" (1534) heykəli ve Florensiya kafedralının qabartmaları ən məşhur əsərləridir. Amma daha sonra Mediçi sarayındakı yerini Kellini ve Bartolommeo Ammannatiyə vermişdir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.