BOK kodlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarında iştirak edən ölkələri və həmin ölkələrin hər bir idmançı qruplarını işarə etmək üçün üç hərfli abreviaturadan ibarət ölkə kodlarından[1] istifadə edir. Hər bir kod isə bir Milli Olimpiya Komitəsini müəyyənləşdirir. Ancaq bəzi kodlar var ki, keçmiş Olimpiya Oyunlarında digər xüsusi hallar üçün istifadə olunub. Fərqli ölkələrdən olan idmançılardan ibarət komandalar və ya heç bir milləti təmsil etməyən idmançı qrupları bu xüsusi hallara misal ola bilər.
BOK kodlarının bir neçəsi standartlaşdırlmış ISO 3166-1 alfa-3 kodlarından fərqlidir. FİFA kimi digər idman təşkilatıları təmsilçi ölkələri işarə etmək üçün oxşar kodlardan istifadə edir, ancaq bəzi fərqliliklər mövcuddur. Birlik Oyunları Federasiyası və ya Peşəkar Tennis Assosiasiyası kimi digər belə təşkilatlar BOK-la eyni siyahını istifadə edir.