![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/Istanbul_Beylerbeyi_Palace_IMG_7663_1805.jpg/640px-Istanbul_Beylerbeyi_Palace_IMG_7663_1805.jpg&w=640&q=50)
Bəylərbəyi sarayı
From Wikipedia, the free encyclopedia
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı.
![]() | Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Cəld faktlar Ölkə, Şəhər ...
Bəylərbəyi sarayı | |
---|---|
Beylerbeyi Sarayı | |
![]() | |
![]() | |
41°02′24″ şm. e. 29°02′24″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | İstanbul |
Yerləşir | Üsküdar |
Aidiyyatı | Osmanlı imperiyası |
Memar |
Sarkis Balyan Aqop Balyan |
Tikilmə tarixi | 1863-1865 |
Üslubu | Osmanlı memarlığı |
Material | Mərmər, daş |
Vəziyyəti | stabil |
Rəsmi sayt | millisaraylar.gov.tr |
![]() |
Bağla
Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır.