Bırranqa dağları
From Wikipedia, the free encyclopedia
Bırranqa (saxa dilində bıran— təpə, dağ, silsilə) — Şərqi Sibirin ucqar şimalında, Krasnodar vilayəti ərazisində, Taymır yarımadasında yerləşən dağ sistemi. İstər Rusiya istərsə dünyanın şimal qütbünə ən yaxın dağ sistemidir.
Bırranqa | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1125 m |
Uzunluğu | 1100 km |
Eni | 80 - 200 km |
Hündür nöqtəsi | Lednikovaya dağı |
Yerləşməsi | |
74°29′16″ şm. e. 96°01′43″ ş. u. | |
Ölkə | Rusiya |
Dağ sustemi paralel və konusvari şəkildə silsilələr əmələ gətirir. Onların hündürlüyü 240-400 arasında dəyişir. Geniş platolarda isə hündürlük 900 metrə çatır. Silsilələr və platolar bir-birindən alcaq təpəliklərlə ayrılır. Burada dərin kanyonlar mövcuddur. Bırranqa dağları 1100 km məsafədə Kara dənizinə daxil olan Yenisey körfəzi sahillətindən başlayaraq Laptevlər dənizi sahillərinə qədər uzanır. Silsilənin ən enli hissəsi 200 km-dir. Dağlar 1736-cı ilə Vasili Pronçişevin rəhbərlik etdiyi Böyük Şimal ekspedisiyası zamanı kəşf edilmişdir.