From Wikipedia, the free encyclopedia
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi.
Bığlı balinalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dəstə: Klad: Artiofabula Klad: Cetruminantia Klad: Cetancodontamorpha Yarımdəstə: Whippomorpha Klad: Cetaceamorpha İnfradəstə: Parvdəstə: Bığlı balinalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur:
Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür. Piyi, əti və bığı istifadə olunur. Dişsiz balinalar xüsusi gəmilərlə ovlanır. Dünyada dişsiz balinalar ovlanan yerlər Antarktika suları və Sakit okeanın şimal hissələridir. 1967-ci ildən Antarktikada göy balina beynəlxalq miqyasda mühafizə edilir. Mühafizə nəticəsində Berinq dənizində boz balinanın sayı bir qədər bərpa olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.