Böyük Yekaterina sarayının kilsəsi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Böyük Yekaterina sarayının kilsəsi və ya İsa Məsihin dirilməsi kilsəsi (rus. Церковь Екатерининского дворца) — Puşkin şəhərində yerləşən Böyük Yekaterina sarayının pravoslav "ev kilsəsi".
İsa Məsihin dirilməsi kilsəsi | |
---|---|
Церковь Воскресения Христова | |
59°43′01″ şm. e. 30°23′49″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Puşkin |
Yerləşir | Sadovaya küçəsi 7 |
Aidiyyatı | Pravoslav |
Layihə müəllifi | Savva Çevakinski |
Tikilmə tarixi | 1746-1756 |
Üslubu | Yelezaveta barokkosu |
Rusiya Federasiyasının milli irsi | |
İstinad nöm. | 7810447033 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kilsə Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasındakı Sofiya kafedralının tabeliyindədir.
Saar mızasının (iqamətgahın) Yekaterina Alekseyevnaya verildikdən sonra, Onun sarayında şəhid olmuş Müqəddəs Yekaterinanın şərəfinə mərasim kilsəsi yaradılmış və 12 (köhnə təqvimlə 23) mart 1713-cü ildə buraya yeni ruhani təyin olunmuşdur. Bu ilk Sarskosel kilsəsi idi. Mərasim kilsəsinin içərisində bir zamanlar kətan üzərində boyanmış çoxlu ikonalar, qızıl suyuna çəkilmiş göy oyma ikonostas, həmçinin üzərində dörd yevanlıgelistin simvolik obrazları təsvir olunan palıd qapaqlı taxt yerləşirdi.
Yaşayış məntəqəsində başqa ayrı-ayrı kilsələr tikildikdən sonra, Mərasim kilsəsi əvvəlcə Uspenye, daha sonra isə Blaqoveşşeniye kilsələrin tabeliyinə verilmişdir. Sonuncunun 1728-ci ildə yanğın nəticəsində dağılmasından sonra, kilsə əşyaları Uspenyeyə geri qaytarılmış və daha sonra yeni tikilmiş Znameniye kilsəsinə köçürülmüşdür. Lakin bununla Mərasim kilsəsinin yerdəyişmə prosessinə son qoyulmamışdır; belə ki, 1817-ci ildə kilsə hospitalın yaxınlığındakı kapellanın, 1872-ci ildə isə Nikolayev kişi gimnaziyasının nəzdində olan kilsənin tabeliyinə verilmişdir.
Yekaterina Saray-Muzeyinə 1930-cu ildə hədiyyə olunmuş ikonostas şəhərinin işğalı zamanı itirilmişdir. Ərşin (taxt) isə çox güman ki, ondan öncə naməlum səbəblərdən itmişdir.
İmperatriça Yelizaveta Petrovnanın dövründə (1740-cı illərdə) sarayın sağ fligelində yerləşən birinci mərtəbədə kiçik ("otaq") kilsəsi təqdis edilmişdir. Həmin kilsə 1761-ci ildən sonra ləğv edilmişdir. 1796-cı ilin avqust ayında II Yekaterina saray və soyuq hamam otağının arasındakı boş ərazidə otaq kilsənin inşa edilməsi barədə əmr vermişdi. Kilsə tez-tələsik gələn ilə kimi tikilmiş, son tamamlanma işləri isə I Pavel tərəfindən memar P.V. Neyelova həvalə edilmişdir. Lakin sonradan I Aleksandrın əmri ilə yarımçıq kilsə sökülmüş, onun yerində isə meyvə ağacları əkilmişdir.
XVIII əsrin ortalarında Böyük Yekaterina sarayının rekonstruksiya işləri başlanğıcda yeni kilsənin "sağ qanad və tsirkumferentsin arasında" ayrıca bina olaraq təmin edilməsini nəzərdə tuturdu, lakin bütün bu planlar həyata keçmədiyindən kilsənin xüsusi fligeldə yaratmaq qərarına gəlirlər. Layihənin müəllifi memar Savva Çevakinski olmuşdur.
1746-cı ilin yazında fligelin tikinti işlərinə start verilmiş və 8 (19) avqust 1746-cı ildə İmperatriça Yelizaveta Petrovnanın, Böyük knyaz Pyotr Fyodoroviç və onun həyat yoldaşı Yekaterina Alekseyevnanın iştirakı ilə, Sankt-Peterburq və Şlisselburq yepiskopu Feodosiy (Yanovski) tərəfindən kilsəsinin təntənəli təməlqoyulma mərasimi keçirilmişdir. Təqdisolunma mərasimi isə 30 iyul 1756-cı ildə imperatriçanın iştirakı və Sankt-Peterburqun Baş yepiskopu Sylvestrin (Kulyabka) rəhbərliyi ilə keçirilmişdir. Mərasimin sonunda möhtəşəm atəşfəşanlıq verilmişdir.
12 (24) may 1820-ci ildə baş vermiş yanğın nəticəsində kilsə tamamilə yanmış, interyerin böyük hissəsi isə məhv olmuşdur. Kilsənin bərpası memar V.P. Stasovun nəzarəti altında həyata keçirilmişdir. Bərpa olunmuş kilsənin təkrar təqdis mərasimi 2 (14) aprel 1822-də imperator I Aleksandrın iştirakı ilə Tver və Kaşin arxiyepiskopu İona (Pavinski) tərəfindən keçirirlmişdir.
16 (28) iyun 1863-cü il kilsə yenə yanğından zərər çəkmiş, lakin kilsə əşyaları və ikonaların çox hissəsi xilas edilmişdir. Yanğın zamanı Stasovun tərtib etdiyi orijinal qübbələr məhv olmuşdur, lakin A.F. Vidov onlara daha çox Yelizaveta barrokosu üslubuna uyğun görünüş verməyi qərara alaraq yenidənqurma işlərinə başlayır. Yenilənmiş kilsənin təqdisolunma mərasimini 27 oktyabr (8 noyabr) 1864-cü il protopresviter Vasili Bajanov həyata keçirmişdir.
Kilsənin rəsmi olaraq 22 may 1922-ci ildə ləğv edilməsinə baxmayaraq, ibadət işləri hələ 1917-ci ildə dayandırılmışdır. Kilsənin odaları muzey məkanı kimi fəaliyyət göstərmişdi. Böyük Vətən müharibəsində Puşkin şəhərinin alman ordusu tərəfindən işğalı zamanı, kilsədə qaraj yaradılmış interyerləri isə talan edilmişdir. Onun dam örtüyü qırılmış, günbəz isə güllə ilə deşik-deşik olmuşdu[1].
Sarayda bərpa işləri yalnız 1957-ci ildə başlamışdır; möcüzəvi şəkildə qorunub saxlanılmış saray qabları və memarlıq detalları bir müddət kilsədə yaradılmış anbarda saxlanılırdı. 1963-cü ildə günbəz bərpa olunmuşdu, lakin məbədin özü indiyədək tamamilə restavrasiya edilməyib. 1993-cü ildən kilsədə nadir hallarda ibadət işləri keçirilir, formal olaraq isə o Sofiya kafedralının tabeliyindədir.
Sadovaya küçəsinə baxan kilsənin əsas fasadı tanınmış memar F.B. Rastrelli tərəfindən yaradılmışdır. Rastrelli saray qanadlarında olan kilsələrə "müstəqil yerləşmə" effektini vermək üçün birinci və ikinci mərtəbə səviyyəsində massiv, üçüncü və dördüncü mərtəbələrdə isə yüngül ikiyaruslu kolonnada sistemindən istifadə edirdi. Mələklərin və xeruvimlərin çoxsaylı heykəlləri binanın dekorativ heykəltəraşlıq təyinatlı simvolizmlərini müəyyənləşdirir. Buna baxmayaraq, binanın ümumi memarlığı onun dünyəvi xarakterli olduğunu nümayiş etdirir.
Kilsə (şimal) qanadını beş qızıl suyuna salınmış günbəz taclayır. İlkin olaraq layihədə tək böyük qübbənin tikintisi nəzərdə tutulmuşdur, lakin 14 (25) oktyabr 1746-cı ildə Yelizaveta Petrovna kilsənin üzərində tikiləcək qübbədən imtina edilməsi, onun əvəzində isə 5 mütanasib günbəzin inşası barədə əmr vermişdir. Bununla əlaqədar layihədə bir sıra dəyişiklik edilmişdir.
Memarlıq cəhətdən kilsənin otaqları dörd hissəyə bölünür: altar, nef, xor və xor yerləri. Xor və onun altındakı oda kilsənin özündən üst hissədə üç pəncərəsi olan və ikonostasa paralel divar ilə ayrılıb. Xor otağına ziyarətçilər bir tərəfdən əsas sarayla birləşən qapı (buradan çar ailəsi və onların freylinaları daxil olurdu), digər tərəfdən isə Lisey binanasındakı əsas dəhliz vasitəsilə daxil olurlar.
Kilsənin Böyük Vətən müharibəsi zamanı dağılmasından öncə, onun içərisində aşağıdakı əşya və bəzək elementləri var idi:
Altarda səkkiz sütun üzərində qızılı oymalı kanopi dayanır, onun içində isə F.B. Rastrellinin layihəsi əsasında saray rəssamı İohann Dunker tərəfindən işlənmiş, altı guşəli, sütunlar və pilyastrlarla bəzədilmiş, 45 təsvirdən ibarət ikonostas vardır[2]. Əsas ikonostasın ikonalarını tanınmış alman rəssamları - Georq Kristof Qroot, Georq Kaspar Prenner və başqaları çəkmişdi. Mənzərəli plafon rəssam Cuzeppe Valeriani tərəfindən (1749 ildən) bir neçə il ərzində yazılmışdır. O 1820-ci ildə baş vermiş yanğın nəticəsində məhv olmuşdur. Buna baxmayaraq, rəssam V.K Şebuyev öz xatirələri əsasında onu yenidən yaratmışdır. Altarda həmçinin 1822-ci ildə D.İ. Antonelli tərəfindən çəkilmiş və 1863-cü ilin dəhşətli yanğınından sonra A.F. Belloli tərəfindən yenidən bərpa edilmiş "Müqəddəs Ruhun şöhrəti" adlı plafon yerləşir. Xorlardakı müqəddəs İnanc, Ümid, Sevgi və Sofiyanı təsvir edən gözəl plafonun təmir-bərpa işləri 1823-cü ildə Otto İqnatius tərəfindən başlamış və Qustav Gippius tərəfindən başa çatdırılmışdır.
Kilsənin hazırkı vəziyyəti:
2010-cu ildə kilsənin memarlıq-dekorativ tərtibatı yenidən bərpa edilmiş, günbəzləri isə qızılı rəngə boyanmışdı[3]. Kilsənin interyeri qismən saxlanılmışdı. Bununla belə, qızıl suyuna salınmış çərçivələrin bir hissəsi artıq bərpa olunub. İkonaların yalnız 3 dənəsi restavrasiya edilərək əvvəlki yerinə quraşdırılıb. İşğal zamanı örtü və altar evakuasiya edildiyindən, müharibədən sonra öz əvvəlki yerinə qaytarılmışdı. Həmçinin arxangel Mixail və Qavriilin təsvirləri də zəhmətkeş bərpaçılar tərəfindən bərpa edilmişdi.
Kilsənin ən qiymətli relikviyaları bunlardır:
Bundan başqa kilsədə həmçinin I Aleksandrın və I Nikolayın hərbi geyimləri və mundirləri saxlanılırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.