Böyük İstanbul avtovağzalı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Böyük İstanbul avtovağzalı (türk. Büyük İstanbul Otogarı) və ya rəsmi adı ilə İstanbul 15 iyul demokratiya avtovağzalı (türk. İstanbul 15 Temmuz Demokrasi Otogarı) — Bayrampaşa ilçəsinin sərhədləri daxilində olmasına baxmayaraq, Əsənlər mərkəzinə çox yaxın olduğu üçün İstanbulun Avropa hissəsində yerləşən və Əsənlər Avtobus Terminalı olaraq da bilinən şəhərlərarası avtobus terminalı.
Böyük İstanbul avtovağzalı | |
---|---|
türk. Büyük İstanbul Otogarı | |
Ümumi məlumatlar | |
Status | Tamamlandı |
Ünvan | Bayrampaşa, Əsənlər |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Koordinatlar | 41°02′24″ şm. e. 28°53′39″ ş. u.HGYO |
Tamamlanıb | 1987 |
Açılma | 1994 |
Sahibi | İstanbul Böyükşəhər Bələdiyyəsi |
Dizayn və konstruksiya | |
Memar | Mehmet Çubuq[1] |
Veb-sayt | |
buyukistanbulotogari.ist | |
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərdə Topqapıda yerləşən İstanbul Trakya Avtovağzalının kifayət etməməsindən sonra 1987-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə Böyük İstanbul Avtobus İdaretmələri ASC arasında imzalanan müqavilə ilə fəaliyyətə başladı. Türkiyənin və Avropanın ən böyük, dünyanın ən böyük 3. avtovağzalıdır. 2014-cü il etibarilə Büyük İstanbul avtovağzalında 168 ofisdə 324 avtobus şirkəti xidmət göstərirdi.
Bundan əlavə, fərqli memarlığı ilə diqqəti cəlb edən Cümhuriyyət məscidi də avtobus terminalı içərisində yerləşir.
Avtovağzalın adı 15 İyul çevriliş cəhdi zamanı həlak olan vətəndaşların xatirəsinə "İstanbul 15 iyul demokratiya avtovağzalı" olaraq dəyişdirildi.[2][3]
1980-ci ildə, İstanbulun Avropa hissəsində yeni bir terminal tikməyə başladı.[4] Topqapı avtobus terminalında sıxlıq yaranmağa başladı. 1987-ci ildə yeni terminalın inşasına başlanıldı. 1994-cü ildə terminallar xidmətə girdi. Tikili 140 milyon dollara başa gəlmişdir.[5]
Avtobus terminalı xaotik və çirkin memarlığı səbəbilə geniş tənqid edilmişdir. Terminal daxilində daim avtobus sıxlığı mövcuddur. Terminalın təhlükəsizliyi ən aşağı səviyyədədir. Vağzalın dərinliklərinə enmək sakinlər tərəfindən təhlükəli hesab olunur. Vağzal zirzəmisində narkomanlar, evsizlər və qeyri-qanuni iş sahiblərinə rast gəlmək mümkündür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.