Aşiqlər (film, 2008)
From Wikipedia, the free encyclopedia
Aşiqlər qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Rafiq Dadaşov tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bədii-sənədli estetika əsasında çəkilən film Qarabağın və Azərbaycanın bu guşəsi ilə bağlı olan Cavanşirlər nəslinin 3 övladının — XVIII əsrdə yaşamış Məhəmməd bəy Aşiq, XIX əsrdə yaşamış Əbdüssəməd bəy Aşiq və XX əsrdə yaşamış Xosrov bəy Cavanşirin taleyi haqqındadır. Bədii səhnələrdə əsas rolları Vaqif Şərifov, Elşən Rüstəmov, Şövqi Hüseynov və Vüqar Məmmədəliyev ifa edirlər
Cəld faktlar Aşiqlər, Janr ...
Aşiqlər | |
---|---|
Fayl:Aşiqlər (film, 2008).jpg | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Rafiq Dadaşov |
Əsərin müəllifi | Azad Qaradərəli |
Ssenari müəllifləri |
Camal Yusifzadə Azad Qaradərəli |
Baş rollarda |
Vaqif Şərifov Elşən Rüstəmov Şövqi Hüseynov Vüqar Məmmədəliyev |
Operator | Adil Abbasov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 2008 |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 43 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2008 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Bağla