Kvemo-Kartli

From Wikipedia, the free encyclopedia

Kvemo-Kartlimap

Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir.

Cəld faktlar Aşağı Kartli diyarı, Ölkə ...
Aşağı Kartli diyarı
gürc. ქვემო ქართლის მხარე
Thumb

41°31′ şm. e. 44°31′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Rustavi
Ən böyük şəhəri Rustavi
Qubernator Şota Rehviaşvili[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi 6 527.6[2] km²
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 425 000[3] nəfər (2015)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-KK
Rəsmi sayt
Thumb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

İnzibati bölgü

İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı

Əhalisi

Əlavə məlumat Əhali sayının dinamikası, Tarix ...
Əhali sayının dinamikası
Tarix Əhali Tarix Əhali Tarix Əhali
17.01.2002 497 530[4] 01.01.2006 507 600[3] 01.01.2007 508 300[5]
01.01.2008 486 900[5] 01.01.2009 488 800[5] 01.01.2010 499 900[6]
01.01.2011 505 700[7] 01.01.2012 511 300[7] 01.01.2013 511 100[7]
01.01.2014 513 100[3] 05.11.2014 424 769[4] 01.01.2015 425 000[3]
Bağla

01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı.[8] 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi. Siyahıyaalınma vaxtı diyarın tərkibinə 6 rayon (2006-cı ildən sonra "bələdiyyə"), 7 şəhər, 8 qəsəbə, 104 sakrebulo və 348 kənd daxil idi. 348 kənddən 147-də azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-ində urumlar, 2-də isə osetinlər əksəriyyət təşkil edirdi, qalan 15 kənddə isə əhali yaşamırdı.

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 423 986 nəfər təşkil edib və bu göstəriciyə görə Aşağı Kartli Gürcüstanda 2-ci yerdədir.[9] 51,3% əhali təşkil edirlər gürcülər isə 41,8% azərbaycanlılar.[10] Vilayətin qubernatoru Şota Rehviaşvilidir.

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.