Açıq mənbəli proqram təminatımüəllif hüquqları sahibinin istifadəçilərə proqram təminatını və onun mənbə kodunu hər kəsə və istənilən məqsədlə istifadə etmək, öyrənmək, dəyişdirmək və yaymaq hüququnu verdiyi lisenziya əsasında buraxılan kompüter proqramı.[1][2] Açıq mənbəli proqram təminatı birgə, ictimai şəkildə hazırlana bilər. Açıq mənbəli proqram təminatı açıq əməkdaşlığın bariz nümunəsidir, yəni istənilən istifadəçi orda onlayn iştirak edə bilər və bu da mümkün töhfə verə biləcək istifadəçilərin sayını sonsuz edir. Kodu yoxlaya bilmək imkanı ictimai etimadı asanlaşdırır.[3]

Thumb
Cinnamon iş masası mühitində işləyən Manjaronun ekran görüntüsü. MediaWiki əsaslı Vikipediyaya daxil olmaq üçün istifadə olunan Firefox, LibreOffice Writer, Vim, GNOME Calculator, VLC and Nemo fayl meneceri də daxil olmaqla şəkildəki hər şey açıq mənbəlidir.

Açıq mənbəli proqram təminatının tərtibatı bir şirkətin perspektivlərindən kənar müxtəlif perspektivlər gətirə bilər. Standish Group-un 2008-ci il hesabatında açıq mənbəli proqram modellərinin istifadəsinin istehlakçılar üçün ildə təxminən 60 milyard dollar qənaətlə nəticələndiyini bildirir.[4][5]

Açıq mənbəli kod öyrənmək üçün istifadə oluna bilər və bacarıqlı son istifadəçilərə proqram təminatını öz şəxsi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir. Nəticədə oxşar istəklərə sahib olan istifadəçilər öz modifikasiyalarını fork kimi dərc edir və ya mümkün təkmilləşdirmələri birbaşa "pull request" kimi təqdim edir.

Tarixi

1950-ci və 1960-cı illərdə hesablamanın ilk günlərində proqramçılar və tərtibatçılar bir-birindən öyrənmək və hesablama sahəsini inkişaf etdirmək üçün proqram təminatını bir-birləri ilə paylaşırdılar.[6] Məsələn, Unix istifadəçilər üçün əməliyyat sisteminin mənbə kodunu ehtiva edirdi. Açıq mənbə anlayışı 1970-1980-ci illərdə proqram təminatının kommersiyalaşdırılması yoluna keçdi. Bununla belə, akademiklər hələ də tez-tez birgə proqram təminatı hazırlayırdılar. Məsələn, 1979-cu ildə Donald Knut TeX yazı sistemini,[7] 1983-cü ildə Riçard Stolman GNU əməliyyat sistemini hazırlamışdı.[8] 1997-ci ildə Erik Raymond haker icması və pulsuz proqram təminatı prinsiplərinin əks etdirici təhlili olan "Kafedral və Bazar" kitabını nəşr etdirdi. Kitab 1998-ci ilin əvvəlində populyarlıq qazandı və Netscape Communications Corporation-ı məşhur Netscape Communicator internet paketini pulsuz proqram təminatı kimi buraxmağa həvəsləndirən amillərdən biri oldu. Bu mənbə kodu sonradan SeaMonkey, Mozilla Firefox, ThunderbirdKompoZer-in əsasını təşkil etdi.

Netscape-in bu hərəkəti Raymond və başqalarını Azad proqram təminatı fondunun (FSF) azad proqram ideyalarını və qəbul edilən faydalarını kommersiya proqram təminatı sənayesinə necə gətirəcəklərini araşdırmağa vadar etdi. Onlar FSF-nin sosial fəallığının Netscape kimi şirkətlər üçün cəlbedici olmadığı qənaətinə gəldilər və proqram təminatının mənbə kodu üzərində paylaşma və əməkdaşlıq potensialını vurğulamaq üçün azad proqram hərəkatını rebrendinq etmək üçün bir yol axtardılar.[9] Onların seçdikləri yeni termin "açıq mənbə" idi və tezliklə Bryus Perens, Tim O'Rayli, Linus Torvalds və başqaları tərəfindən qəbul edildi. Open Source Initiative 1998-ci ilin fevralında yeni terminin istifadəsini təşviq etmək və açıq mənbə prinsiplərini təbliğ etmək üçün yaradılıb.[10]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.