From Wikipedia, the free encyclopedia
Sentyabr döyüşləri[7] və ya Azərbaycan–Ermənistan sərhəd toqquşması, həmçinin İkigünlük müharibə[8] — 2022-ci ilin 12–14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma.
Azərbaycan-Ermənistan sərhəd toqquşması | |||
---|---|---|---|
| |||
Tarix |
12 sentyabr — 14 sentyabr 2022 (2 gün) |
||
Yeri | Azərbaycan–Ermənistan sərhədi | ||
Nəticəsi | Atəşkəs | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[9][10] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[10] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.[10]
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2020-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[10]
2020-ci ilin sentyabr–noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin başladığı hərbi əməliyyatlar nəticəsində 26 ildən çox dondurulmuş olan münaqişə yenidən alovlanmışdır.[10] 44 gün ərzində Azərbaycan Ordusu yeddi bölgəni – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam və Laçın rayonlarını, həmçinin Şuşa şəhərini tamamilə, Xocavənd və Kəlbəcər rayonlarının geniş hissəsini, Xocalı və Tərtər rayonlarının isə bir hissəsini işğaldan azad eləmişdir.[10] Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatmışdır.[11]
Bununla belə müharibədən sonra Azərbaycan–Ermənistan sərhədində böhran başlamışdır. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunmuşdur. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra əl qanlı toqquşma isə məhz 2022-ci ilin sentyabrında vermişdir.
2022-ci il sentyabrın 2-də Azərbaycanın Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı məlumat vermişdir.[12] Məlumatda sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqelərini, həmçinin qeyd olunan mövqelərə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutğunu bildirmişdir.[12] Nəticədə hər 2 avtomobilin ön hissəsi və şüşələri zədələnmişdir, hərbi qulluqçular arasında ölən və ya yaralananlar yoxdur.[12] Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulduğu da məlumatda qeyd edilmişdir.[12]
Sentyabr 3-də Azərbaycanın Müdafiə Nazirliyi ötən gün ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərinin ümumi olaraq 19 dəfə atəşə tutulduğunu bildirmişdir.[13] Bunlardan 16-sının Azərbaycan-Ermənistan dövlət sərhədinin Vardenis və Sisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verdiyi bildirilmişdir.[13] Digər 3 hadisənin isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan bölmələrinin mövqelərini atəşə tutmaqla qeydə alındığı bildirilmişdir.[13]
Bir gün sonra, sentyabrın 4-də Azərbaycanın Müdafiə Nazirliyi növbəti dəfə məlumat yayaraq Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarına qədər Azərbaycan-Ermənistan dövlət sərhədinin Vardenis, Gorus və Sisian rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutduğunu bildirmişdir.[14] Azərbaycanın Müdafiə Nazirliyi növbəti məlumatında isə sentyabrın 4-ü axşam saatlarında qarşı tərəfnin bölmələrinin dövlət sərhədinin Vardenis rayonunun Yuxarı Şorca və Kit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan tərəfinin Kəlbəcər rayonunun Zəyli və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutduğunu bildirmişdir.[15]
Azərbaycan Müdafiə Nazirliyi döyüşlər zamanı həyatını itirən hərbi qulluqçular barədə birinci məlumatı sentyabrın 13-də saat 20:30 radələrində vermişdir.[16] Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumi olaraq Silahlı Qüvvələrin 50 hərbi qulluqçusunun həyatını itirdiyini elan etmişdir.[16] Sentyabrın 14-də, səhər saatlarında həyatını itirənlərin adları ictimaiyyətə açıqlanmışdır.[17][18] Müdafiə Nazirliyi növbəti günlərdə həyatını itirən hərbi qulluqçuların sayının artdığını elan etmişdir. Həyatını itirənlərin sayının sentyabrın 15-də 71-ə[19], sentyabrın 16-da 77-yə[20], sentyabrın 17-də isə 79-a çatdığı qeyd olunmuşdur.[21] Ümumi nəticədə hərbi əməliyyatlar zamanı həyatını itirən Azərbaycan silahlı qüvvələrinin hərbçilərinin sayının 80 nəfər olduğu bəyan edilmişdir.[22][23]
Sentyabrın 17-də Müdafiə Nazirliyi döyüşlər zamanı Azərbaycan silahlı qüvvələrinin 282 hərbi qulluqçusunun yaralandığını və müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirmişdir.[24] Məlumatda yaralanan 282 hərbi qulluqçudan 43 nəfərinin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin normal, 103 nəfərin vəziyyətinin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olaraq qiymətləndirildiyi qeyd edilmişdir.[24] Həmçinin, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycan tərəfindən 2 dinc sakinin də yaralandığı vurğulanmışdır.[24]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.