Azərbaycan ərazisində olan adaların böyük əksəriyyəti Xəzər dənizi akvatoriyasına daxildir. Ümumilikdə məhəlli sularında 50-ə yaxın irili xırdalı adalar vardır. Onlardan sahəsi 0,1 km² yüksək olan adalar on birdir. Digərlərinin sahəsi çox kiçik olmaqla yanaşı dəniz səviyəsinin qalxması ilə suyun dibinə gömülür. Onların böyük əksəriyyəti su səhinə çıxan kiçik qayalıqlar və ya adacıqlardır. Bu adalar ümümilikdə iki arxipelaqda birləşirlər: Bakı arxipelaqı[1] və Abşeron arxipelaqı.
- Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında yerləşən Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, İqnat daşı (Daşlı ada), Kür daşı, Adsız, Qutan, Tava, Karvansaray, Xanlar, Daş adalar qövsü, Baburi adaları daxildir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adalar və sualtı adalar tektonik məşəllidir. Daş adlar qövsü ilə sualtı adalar (Pirsaat adaları) ayrıca adalar qrupunu əmələ gətirərək 8-10 adacıqdan ibarətdirlər.
- Abşeron arxipelaqı — Xəzər dənizinin Abşeron körfəzi akvatoriyasında yerləşir. Arxipelaqa Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı, Qu adası, Tava altı, Urunus, Koltiş, Dardanel və Yal kimi adalar daxildir.
- Tənha adalar - Xəzər dənizini Xızı rayonu sahillərində Yaşma adası[2] vardır. Ada suyun səviyəsinin qalxması ilə materikdən ayrılmışdır. Azərbaycanın daxili göllərində Ağ göl və Batabat gölü[3] akvatoriyalarında kiçik adacıqlara rast gəlinir.
№ | Adı | Sahəsi, km² | Uzunluğu, m | Eni,m | Hündür nöqtəsi,m | Daxil olduğu arxipelaq | Əhalisi, nəf |
---|---|---|---|---|---|---|---|
1 | Kür dili[4] | 43 | 1,180 | 5,200 | - | 1 (2019) | |
2 | Pirallahı | 17,56 | 12,000 | 200-4,000 | - | Abşeron arxipelaqı | 15,900 (2012) |
3 | Çilov | 11,5 | 4,500 | 3,300 | 8 | Abşeron arxipelaqı | 791 (2008) |
4 | Xərə Zirə* | 3,5 | 3,400 | 2,600 | - | Bakı arxipelaqı | - |
5 | Böyük Zirə* | 1,4 | 3,100 | 900 | - | Bakı arxipelaqı | - |
6 | Gil adası* | 0,9 | 2,500 | 300 | - | Bakı arxipelaqı | - |
7 | Səngi Muğan* | 0,5 | 1,100 | 900 | 21,7 | Bakı arxipelaqı | - |
8 | Çigil | 0,4 | 585 | 425 | 5 | Bakı arxipelaqı | - |
9 | Zənbil* | 0,4 | 900 | 400 | - | Bakı arxipelaqı | - |
10 | Qara Su* | 0,1 | 900 | 600 | - | Bakı arxipelaqı | - |
11 | Daş Zirə* | 0,1 | 700 | 100 | - | Bakı arxipelaqı | - |
12 | Adsız adası* | 0,01 | 100 | - | - | Bakı arxipelaqı | - |
- Adalarda daimi yaşayış yeri yoxdur. İnsanlar ya elmi tətqiqatlar ya da neft hasilatı ilə əlaqədar adada olurlar.
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.