From Wikipedia, the free encyclopedia
Azərbaycan İkinci Liqası 2023/2024 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan, Azərbaycanın ən yüksək 3-cü futbol liqası olan Azərbaycan İkinci Liqasının ilk mövsümüdür.
Sezon | 2023/2024 |
---|---|
Tarix | 4 sentyabr 2023 - 21 may 2024 |
Çempion | Baku Sportinq FK |
Gümüş medalçı | Cəbrayıl FK |
Bürünc medalçı | Şahdağ Qusar FK |
Yuxarı liqaya qalxanlar | Baku Sportinq FK, Cəbrayıl FK |
Aşağı liqaya düşənlər | Kürmük Qax FK, Şəfa FK |
Matç sayı | 182 |
Qol sayı | 708 |
Orta hesabla qol sayı/oyun | 3.89 |
Komanda sayı | 14 |
Ən yüksək hesablı ev qələbəsi |
Şahdağ Qusar FK 9 - 0 Dinamo FK (6 noyabr 2023) Cəbrayıl FK 9 - 0 Kürmük Qax FK (5 mart 2024) |
Ən yüksək hesablı səfər qələbəsi |
Şəfa FK 0 - 6 Şəki Siti FK (10 sentyabr 2023) Şəfa FK 0 - 6 Kür-Araz (İmişli) (16 aprel 2024) Dinamo FK 1 - 7 Şahdağ Qusar FK (23 aprel 2024) |
Ən qollu matç |
Göygöl FK 8 - 2 Şəmkir PFK (10 qol) (14 noyabr 2023) |
Ən uzun qələbə seriyası | Baku Sportinq, Füzuli (7 oyun) |
Ən uzun məğlubiyyətsizlik seriyası | Füzuli (23 oyun) |
Ən uzun qələbəsizlik seriyası | Şəfa FK (10 oyun) |
Ən uzun məğlubiyyət seriyası | Şəfa FK (7 oyun) |
Ən çox qol vuran | Tural Qurbatov (Şahdağ Qusar) - 32 qol |
Birinci Liqada sonuncu yeri tutmuş komanda İkinci Liqaya düşür. İkinci Liqanın qalibi Birinci Liqaya yüksəlir. Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İkinci Liqada sonuncu yeri tutmuş komanda yarışı tərk edir, Region Liqasının qalibi İkinci Liqaya yüksəlir. İkinci Liqada 13-cü yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir.
16 iyun 2023-cü ildə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2023–2024-cü illər mövsümündən etibarən yarıpeşəkar statuslu Azərbaycan İkinci Divizionunun təsis edilməsi ilə bağlı qərar qəbul edilib. İlk mövsüm liqada 14 komanda çıxış edib.İkinci Liqada birinci yeri tutmuş komanda Birinci Liqaya vəsiqə qazanır.Sonuncu yeri tutmuş komanda Region Liqasına düşür. Sondan əvvəlki yerin sahibi isə liqada qalmaq üçün Region Liqasının qalibi ilə pley-offda mübarizə aparır. Yarış 2 dövrədən ibarətdir.[1] 7 iyul 2023-cü ildə "Azərbaycan İkinci Divizionu"nun adı Azərbaycan İkinci Liqası olaraq dəyişdirildi.[2]
№ | Komanda | O | Q | H | U | QT | QF | Xal | Təsnifat | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Baku Sportinq (Bakı) | 26 | 20 | 4 | 2 | 69 | 24 | +45 | 64 | Azərbaycan Birinci Liqasına vəsiqə |
2 | Cəbrayıl | 26 | 19 | 1 | 6 | 77 | 37 | +40 | 58 | Azərbaycan Birinci Liqasına
yüksəlmə pley-off oynayır |
3 | Şahdağ Qusar | 26 | 17 | 6 | 3 | 82 | 22 | +60 | 57 | |
4 | Füzuli | 26 | 16 | 8 | 2 | 63 | 32 | +31 | 56 | |
5 | Qusar | 26 | 15 | 4 | 7 | 61 | 35 | +26 | 49 | |
6 | Kür-Araz (İmişli) | 26 | 12 | 3 | 11 | 58 | 46 | +12 | 39 | |
7 | Sheki City (Şəki) | 26 | 10 | 5 | 11 | 44 | 46 | −2 | 35 | |
8 | Göygöl | 26 | 10 | 2 | 14 | 45 | 57 | −12 | 32 | |
9 | Dinamo (Bakı) | 26 | 8 | 3 | 15 | 49 | 74 | −25 | 27 | |
10 | Ağdaş | 26 | 6 | 6 | 14 | 30 | 51 | −21 | 24 | |
11 | Lerik | 26 | 6 | 5 | 15 | 38 | 60 | −22 | 23 | |
12 | Şəmkir | 26 | 6 | 2 | 18 | 32 | 62 | −30 | 20 | |
13 | Şəfa (Bakı) | 26 | 5 | 3 | 18 | 29 | 82 | −53 | 18 | Azərbaycan Region Liqasına
düşmə pley-off oynayır |
14 | Kürmük (Qax) | 26 | 5 | 2 | 19 | 31 | 80 | −49 | 17 | Azərbaycan Region Liqasına düşmə |
Klublar bir-biri ilə 2 dəfə, ümumilikdə 26 matç keçirib.
Ev \ Qonaq | BSP | CƏB | ŞHQ | FÜZ | QUS | KÜR | ŞƏK | GÖY | DİN | AĞD | LER | ŞƏM | ŞƏF | QAX |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Baku Sportinq FK | 4–1 | 2–1 | 0–0 | 3–2 | 5–0 | 1–0 | 1–0 | 4–2 | 4–1 | 4–1 | 7–0 | 4–2 | 5–1 | |
Cəbrayıl FK | 0–1 | 2–2 | 2–1 | 2–3 | 1–0 | 4–1 | 4–3 | 6–0 | 5–3 | 1–0 | 3–1 | 4–0 | 9–0 | |
Şahdağ Qusar FK | 1–1 | 3–0* | 3–3 | 0–0 | 0–1 | 2–1 | 2–0 | 9–0 | 5–0 | 2–1 | 3–1 | 5–0 | 3–1 | |
Füzuli FK | 1–1 | 3–4 | 1–1 | 1–0 | 2–1 | 2–2 | 3–2 | 3–2 | 5–0 | 1–1 | 3–1 | 2–1 | 7–2 | |
Qusar FK | 1–2 | 4–2 | 0–2 | 1–3 | 2–1 | 2–1 | 1–1 | 3–1 | 3–1 | 3–3 | 7–1 | 2–2 | 7–1 | |
Kür-Araz FK | 0–3 | 1–2 | 3–1 | 1–2 | 0–2 | 4–3 | 5–0 | 2–2 | 3–2 | 7–2 | 0–0 | 5–1 | 6–3 | |
Şəki City FK | 3–2 | 1–3 | 0–5 | 2–2 | 0–2 | 0–0 | 2–0 | 2–1 | 2–1 | 1–0 | 1–0 | 5–0 | 1–2 | |
Göygöl FK | 0–2 | 2–1 | 0–4 | 1–2 | 3–3 | 4–2 | 0–3* | 4–3 | 5–1 | 2–1 | 8–2 | 0–5 | 4–2 | |
Dinamo | 2–4 | 0–5 | 1–7 | 3–4 | 0–4 | 3–0* | 5–1 | 3–0 | 0–3 | 4–1 | 3–2 | 1–0 | 3–0 | |
Ağdaş FK | 3–0* | 1–3 | 2–2 | 0–0 | 1–3 | 0–2 | 1–1 | 0–0 | 3–1 | 0–0 | 1–0 | 1–1 | 1–0 | |
Lerik PFK | 0–2 | 1–3 | 1–4 | 0–5 | 3–1 | 3–1 | 2–2 | 0–1 | 4–4 | 1–0 | 3–2 | 6–1 | 2–0 | |
Şəmkir PFK | 2–2 | 0–1 | 0–5 | 0–1 | 0–1 | 2–3 | 1–2 | 3–0 | 0–3* | 3–2 | 2–0 | 2–0 | 1–0 | |
Şəfa FK | 0–4 | 2–6 | 0–4 | 1–4 | 0–4 | 0–6 | 0–6 | 1–2 | 2–1 | 1–2 | 3–2 | 3–2 | 2–1 | |
Kürmük Qax FK | 0–1 | 0–3 | 1–6 | 0–2 | 1–3 | 1–4 | 4–1 | 4–3 | 1–1 | 1–0 | 4–0 | 0–4 | 1–1 |
10.09.2023-cü il tarixində II Liqanın II turunun “Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Baku Sportinq” klubu 400 manat cərimə edilir (maddə 61.6)
19.09.2023-cü il tarixində II Liqanın III turunun “Şəmkir” – “Dinamo” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Şəmkir” klubu 400 manat cərimə edilir (maddə 61.6)
26.09.2023-cü il tarixində II Liqanın IV turunun “Şahdağ Qusar” – “Cəbrayıl” oyununun 71-ci dəqiqəsində “Cəbrayıl” klubunun heyətində adı protokolda qeyd edilməmiş 17 nömrəli futbolçu Nurlan Quliyev oyuna daxil olduğuna görə “Cəbrayıl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Cəbrayıl” klubu 400 manat cərimə edilir (maddə 61.6)
23.102023-cü il tarixində II Liqanın VIII turunun “Dinamo” – “Kür-Araz” görüşünün 81-ci dəqiqəsində “Kür-Araz” klubunun heyətində matçın rəsmi protokolunda adı olmayan 18 nömrəli futbolçu Ceyhun Quliyev oyuna daxil olduğuna görə “Kür-Araz” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, komanda 400 manat cərimə edilir (maddə 61.6).
2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçlarında üz-üzə gələcəklər. Bununla əlaqədar mayın 25-i pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.[4]
Birinci Liqada 9-cu yeri tutmuş komanda İkinci Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarətdir. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm Birinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə İkinci Liqada çıxış edəcək. İlk oyun 28 may, cavab oyunu isə 4 iyunda keçiriləcək.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Cəbrayıl | 5 - 1 | Araz Saatlı | 2-0 | 3-1 |
İkinci Liqada 13-cü yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir. İlk oyun 29 may, cavab oyunu isə 5 iyunda keçiriləcək.
1. komanda | Ümumi nəticə | 2. komanda | 1. matç | 2. matç |
---|---|---|---|---|
Şəfa FK | 1 - 4 | Hypers FC | 0-2 | 1-2 |
Tural Qurbatov ("Şahdağ Qusar") - 32 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 31 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 23 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 22 qol
Cavid İmamverdiyev ("Kür-Araz") - 19 qol
Azərbaycan Premyer Liqası 2023/2024