Azərbaycan rusları
From Wikipedia, the free encyclopedia
Azərbaycanda ruslar – Azərbaycanda üçüncü böyük etnik qrup (azərbaycanlılardan və talışlardan sonra) və müasir Rusiyanın hüdudlarından kənarda rusların ən böyük diasporlarından biridir. Sayları 141,7 min nəfərdir (27 yanvar 1999-cu il siyahıyaalmasına əsasən). Əksəriyyəti ölkənin iri şəhərləri olan Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayır.
Kompakt halda İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk (indiki Daşbulaq) və Slavyanka kəndlərində, Lənkəran rayonunun Alekseyevka (indiki Bürcəli), Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində yaşayırlar.