![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/f/f4/Az%25C9%2599rbaycan_Birinci_Liqas%25C4%25B1_Loqo_2023.jpg/640px-Az%25C9%2599rbaycan_Birinci_Liqas%25C4%25B1_Loqo_2023.jpg&w=640&q=50)
Azərbaycan Birinci Liqası 2023/2024
From Wikipedia, the free encyclopedia
Azərbaycan Birinci Liqası 2023/2024 — Azərbaycan Peşəkar Futbol Liqası tərəfindən təşkil olunan, Azərbaycanın ən yüksək 2-ci futbol liqası olan Azərbaycan Birinci Liqasının otuz ikinci mövsümüdür.
![]() | |
![]() | |
Sezon | 2023/2024 |
---|---|
Tarix | 13 sentyabr 2023 - 23 may 2024 |
Çempion | Şamaxı |
Gümüş medalçı | Qaradağ Lökbatan |
Bürünc medalçı | MOİK |
Yuxarı liqaya qalxanlar | Şamaxı |
Aşağı liqaya düşənlər | İrəvan, Araz Saatlı |
Matç sayı | 135 |
Qol sayı | 381 |
Orta hesabla qol sayı/oyun | 2.82 |
Komanda sayı | 10 |
Bombardirlər | Elmir Rəhimzadə ("MOİK") - 17 qol |
Ən yüksək hesablı ev qələbəsi |
Şamaxı 8-0 Araz Saatlı (21 sentyabr 2023) |
Ən yüksək hesablı səfər qələbəsi | (28 fevral 2024) |
Ən qollu matç |
İrəvan 3-8 Karvan Yevlax (22 may 2024) |
Ən uzun qələbə seriyası | Şamaxı (6 oyun) |
Ən uzun məğlubiyyətsizlik seriyası | Şamaxı (18 oyun) |
Ən uzun qələbəsizlik seriyası | Araz Saatlı (13 oyun) |
Ən uzun məğlubiyyət seriyası | Difai Ağsu (9 oyun) |
Birinci Liqa 10 komandanın iştirakı ilə keçirilir. Qalib adı uğrunda paytaxtı və bölgələrimizi təmsil edən klublar 3 dövrəlik sistemlə mübarizə aparırlar. Yarışlar zamanı 8+3 (8 nəfər Azərbaycan vətəndaşı, 3 legioner futbolçu) limiti tətbiq olunur.2023/24 mövsümünün nəticələrinə uyğun olaraq Premyer Liqada sonuncu yeri tutmuş və ya lisenziya şərtlərinə cavab verməyən 1 komanda I Liqaya düşəcək. I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək yeri tutmuş 1 komanda Premyer Liqaya vəsiqə qazanacaq. I Liqada sonuncu yeri tutmuş və ya lisenziya şərtlərinə cavab verməyən komanda II Liqaya düşür, II Liqanın qalibi və ya lisenziya şərtlərinə cavab verən ən yüksək yeri tutmuş 1 komanda I Liqaya yüksəlir. I Liqada 9-cu yeri tutmuş komanda II Liqanın 2-ci yerinin sahibi ilə I Liqaya vəsiqə uğrunda pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Pley-offda qalib olan komanda növbəti mövsüm I Liqada oynamaq hüququ qazanır.