Azərbaycandakı dağ yəhudilərinin soyqırımı
From Wikipedia, the free encyclopedia
Azərbaycandakı dağ yəhudilərinin soyqırımı — 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 1 saniyə əvvəl Solavirum (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalə qaralama halındadır. |
İnsan Hüquqları İnstitutunun direktroru professor Rövşən Mustafayev bildirmişdir ki, 1918–1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələrinin Azərbaycan ərazisində törətdiyi soyqırım nəticəsində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudi qətlə yetirilib. Bədnam "Böyük Ermənistan" xülyasını həyata keçirmək üçün vandal erməni millətçiləri etnik azərbaycanlılarla yanaşı Cənubi Qafqaz regionunda tarixən yaşayan digər xalqlara da divan tutub, onlara qarşı kütləvi terror törədiblər. Bütün bu faktları olayla əlaqədar yüzlərlə şahid ifadələri, o dövrün tarixi sənədləri, Azərbaycandakı dağ yəhudilərinin qeydiyyat sənədləri, yəhudi ziyalılarının çoxsaylı yazılı müraciətləri təsdiq edir.