Azərbaycan qaçqınları
From Wikipedia, the free encyclopedia
Azərbaycan qaçqınları — Azərbaycan-Ermənistan münaqişəsi səbəbindən yüz minlərlə azərbaycanlı Ermənistanı və onun işğal etdiyi Azərbaycan ərazilərini tərk edərək ölkənin digər ərazilərində məskunlaşmaq məcburiyyətində qalır. Azərbaycanın rəsmi məlumatlarına görə, Azərbaycanda qaçqın və məcburi köçkün statusuna malik bir milyon insan yaşayır (2009-cu ilin məlumatı[1]). Onların bir qismi Ermənistan SSR-i tərk etməyə məcbur olmuş etnik azərbaycanlılardır (200 min nəfər), o cümlədən 500 min nəfərə yaxını DQMV və onun ətrafında yerləşən yeddi rayondan (Kəlbəcər, Zəngilan, Ağdam, Füzuli, Laçın, Qubadlı və Cəbrayıl) məcburi köçkün düşmüş insanlardır. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ üzərində etnik münaqişə zamanı Azərbaycan əhalisi arasında köçkünlərin ümumi sayı 750 min nəfərə çatmışdır.