Azərbaycan paralimpiyaçılarının siyahısı
From Wikipedia, the free encyclopedia
Azərbaycan paralimpiyaçılarının siyahısı — aşağıda Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan paralimpiyaçılarının siyahısı göstərilib. 1996-cı ildən yeddi dəfə Yay Paralimpiya Oyunlarında, bir dəfə isə Qış Paralimpiya Oyunlarında çıxış edən Azərbaycanı Paralimpiya Oyunlarında 72 idmançı təmsil edib.
Üzgüçü Natali Pronina (solda) 2012-ci il London Paralimpiadasında bir qızıl, dörd gümüş medala sahib olmaqla Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında ən çox medal qazanan idmançı olaraq düşdü. Üzgüçü Roman Saleh (sağda) isə Azərbaycanın idman tarixinə üç dəfə Paralimpiya Oyunlarının qalibi olmağı bacaran birinci idmançı olaraq düşdü.
Azərbaycanın Paralimpiya Oyunları tarixində medallarına əyarına görə ən uğurlu idmançı — üç qızıl və bir gümüş medala sahib olan üzgüçü Roman Salehdir.[1]