Azərbaycan körpüləri
From Wikipedia, the free encyclopedia
Azərbaycan körpüləri — qədim dövrlərdən Azərbaycan ərazisində tikilmiş körpülər. Qədim ticarət mərkəzlərindən olan Qəbələ, Dərbənd, Şamaxı, Gəncə, Bərdə, Ərdəbil, Naxçıvan, Təbriz və s. kimi şəhərlərin karvan yolları üstündə bir çox körpülər salınmışdır. Körpülərin memarlıq quruluşları inşa ediləcək körpünün materiallarından asılı olurdu. Qədim körpülərdən bu günümüzədək gəlib çıxanlar da vardır. Həmin körpülərdən 11 və 15 aşırımlı Xudafərin körpüləri (Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində), Sınıq körpü (Qazax rayonu, Ehram çayı üzərində), Gəncə körpüləri (Gəncə çayı üzərində), Naxçıvan körpüləri (əlincə çayı üzərində) Azərbaycanın memarlıq abidələrindəndir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |