Azərbaycan Sovet Sosialist Respublikası
SSRİ tərkibində mövcud olmuş, Azərbaycan tarixində ikinci respublika / From Wikipedia, the free encyclopedia
Azərbaycan Sovet Sosialist Respublikası (Azərbaycan SSR)[lower-alpha 1] (azərb-kiril. Азәрбајҹан Совет Сосиалист Республикасы, rus. Азербайджанская Советская Социалистическая Республика, Azerbaycanskaya Sovetskaya Sosialistiçeskaya Respublika)[3] — Cənubi Qafqazın şərq hissəsində sosialist dövlət. 1920–1922-ci illərdə formal müstəqil, 1922–1936-cı illərdə ZSFSR tərkibində SSRİ-nin, 1936–1991-ci illərdə isə birbaşa SSRİ-nin ittifaq dövləti olmuşdur.
Müttəfiq respublika | |||||
Azərbaycan Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Азербайджанская Советская Социалистическая Республика آذربایجان سوسیالیست شورﺎ جومهوریتی Azərbajcan Sosjalist Зyra Cumhyrijjəti Азәрбајҹан Совет Сосиалист Республикасы | |||||
|
|||||
«Бүтүн өлкәләрин пролетарлары, бирләшин! (Bütün ölkələrin proletarları, birləşin!)» «Bütün ölkələrin proletarları birləşin!» |
|||||
Himn: Azərbaycan SSR himni |
|||||
|
|||||
Paytaxt | Bakı | ||||
Ən böyük şəhər | Gəncə, Sumqayıt, Mingəçevir | ||||
Rəsmi dilləri |
Azərbaycan dili, rus dili |
||||
Dövlət dini | Dövlət ateizmi | ||||
Valyuta | SSRİ rublu | ||||
Ərazisi |
86,6 min. km2 SSRİ-də 9-cu |
||||
Əhalisi |
7,137,000[1] SSRİ-də 6-cı |
||||
İdarəetmə forması | Sovet respublikası | ||||
Tarixi | |||||
• 19 iyul 1919 | Həştərxanda mühacir Azərbaycan Sovet Respublikasının qurulması | ||||
• 28 aprel 1920 | Bakıda Sovet Respublikasının elan edilməsi | ||||
• 30 dekabr 1922 | ZSFSR-in tərkibinə girməsi | ||||
• 5 dekabr 1936 | Ayrıca müttəfiq respublika statusu alması | ||||
• 20 fevral 1988 | Birinci Qarabağ müharibəsi | ||||
• 23 sentyabr 1989 | Suverenliyinin elanı | ||||
• 19–20 yanvar 1990 | Qara Yanvar və ya 20 yanvar | ||||
• 5 fevral 1991 | Azərbaycan Respublikası adlandırılması | ||||
• 18 oktyabr 1991 | Dövlət müstəqilliyinin elanı | ||||
• 26 dekabr 1991 | Dövlət müstəqilliyinin tanınması | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan SSR 1920-ci il aprelin 28-də əsasən qeyri millətlərdən ibarət olan Bakı bolşeviklərinin üsyanı və Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra yaranmışdır. Formal şəkildə müstəqil olan Azərbaycan SSR Moskvanın tam nəzarəti altında idi. Az müddət ərzində Azərbaycan Kommunist Partiyasından (AKP) savayı, bütün partiyalar qadağan edildi. Bu partiyaların liderləri və sıravi üzvlərinə, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinə qarşı terror başlandı.