Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı — Azərbaycan Respublikasının Milli Məclisinin sədarətində təmsil olunan 1 nəfər sədrin birinci müavini və 3 nəfər sədr müavinlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini | |
---|---|
![]() | |
Vəzifədədir Əli Hüseynli (birinci müavin) Yeni Azərbaycan Partiyası Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyası | |
Vəzifənin təsis tarixi | 5 fevral 1991 |
Vəzifənin bərpa tarixi | 12 noyabr 1995 |
Rəsmi saytı | meclis.gov.az |
Milli Məclisin Sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin Sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin Sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin Sədrinin müavini Milli Məclisin Sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər.
Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Milli Məclis Sədrinin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.