Azərbaycan Respublikası Ali Məhkəməsi
From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə və "Məhkəmələr və hakimlər haqqında" qanunun 77-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya qaydasında qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Cəld faktlar Ümumi məlumatlar, Ölkə ...
Azərbaycan Respublikası Ali Məhkəməsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yeri | Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə, AZ 1025 |
Yaranma tarixi | 13 fevral 1923 (101 il əvvəl) (1923-02-13) |
Hakim sayı | 36 |
Sədr | İnam Kərimov |
Sədr müavini | Çingiz Əsgərov |
supremecourt.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.