Azərbaycan Milli Məclisinin IV çağırış deputatları
From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırılmış Milli Məclisə seçilmiş üzvlər.
Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. IV çağırış Milli Məclisdə Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Ümid Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi.
IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi.
Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.