Azərbaycanda siyasi partiya From Wikipedia, the free encyclopedia
Azərbaycan Kommunist Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya.
Bu məqalə 1993-cü ildə təsis edilmiş partiya haqqındadır. Azərbaycan SSR-dəki siyasi partiya üçün Azərbaycan Kommunist Partiyası səhifəsinə baxın. |
Azərbaycan Kommunist Partiyası AzKP | |
---|---|
| |
Sədri | Rauf Qurbanov |
Qurucu | Ramiz Əhmədov |
Quruluş tarixi | 27 noyabr 1993 |
Qeydiyyat tarixi | 2 mart 1994 |
Dağılma tarixi | 4 may 2023 |
Bölünmə | Azərbaycan Mütərəqqi Sosialist Partiyası (2008) |
Sələfi | Azərbaycan Kommunist Partiyası |
Xələfi | Azərbaycan Vahid Kommunist Partiyası |
Baş qərargah | |
İdeologiya |
Marksizm-leninizm Sosializm |
İdeoloji spektr | İfrat solçuluq |
Üzvlüyü |
Sosialist Azərbaycanı (1997) Məşvərət Məclisi (1997-?) Azərbaycan Sol Qüvvələrin Birliyi (2008) |
Müttəfiqlər |
Beynəlxalq Kommunist və Fəhlə Partiyaları İclası Kommunist Partiyalar Birliyi - Sovet İttifaqı Kommunist Partiyası (Rauf Qurbanov) |
Himn | Azərbaycan SSR himni |
Saytı | azkp.org |
Hüquqi olaraq 1993-cü ildə Ramiz Əhmədov tərəfindən təsis edilmiş və 1994-cü ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. 4 may 2023-cü ildə Hacı Hacıyevin rəhbərlik etdiyi partiyanın buraxıldığı ilə bağlı bəyanat yayılıb.
Partiya yarandığı gündən daxili parçalanmalar yaşadı və hər bir fraksiya əsl Azərbaycan Kommunist Partiyası olduğunu iddia etdi.
Azərbaycan Kommunist Partiyası 27 noyabr 1993-cü ildə Ramiz Əhmədovun rəhbərliyi altında 1920-ci ildə qurulan Azərbaycan Kommunist Partiyasının varisi olaraq quruldu. Partiya rəhbərliyi və Mərkəzi İcraiyyə Komitəsi seçildi.
Jurnalist Eynulla Fətullayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyasının qurucu üzvü olduğunu iddia etmişdir.[1]
2 mart 1994-cü ildə partiya dövlət qeydiyyatına alındı və rəsmi sənədlər Ramiz Əhmədova təqdim edildi.
26 oktyabr 1996-cı ildə partiya daxilində bir qrup şəxs Firudun Həsənovun rəhbərliyi ilə Növbədənkənar Qurultay təşkil etdi. Mərkəzi İcraiyyə Komitəsi ləğv edildi və Mərkəzi Komitə ilə əvəz edildi. F. Həsənov Mərkəzi Komitənin sədr seçildi, lakin 28 oktyabr 1996-cı ildə Ramiz Əhmədovun sədrliyi ilə partiya rəhbərliyinin iclası keçirildi. Növbədənkənar Qurultay etibarsız sayıldı və qurultayın təşkilatçıları partiyadan xaric edildi.
Buna baxmayaraq, Firudun Həsənov qolu 20 oktyabr 1999-cu ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq tanındı. Bundan əlavə, F. Həsənov 1998-ci ildə AKP sıralarından Prezidentliyinə namizəd oldu.
Bu səbəbdən məhkəmə istintaqı başladı. 17 avqust 2000-ci ildə Ədliyyə Nazirliyi yeni qərar elan etdi və Firudun Həsənovun təşkil etdiyi Növbədənkənar Qurultay etibarsız sayıldı və ona verilən sənədlər geri alındı. ƏN yenidən Ramiz Əhmədov qolunu rəsmən tanıdı.
Partiyadaxili qarışıqlıqlardan sonra Firudun Həsənov və tərəfdarları 2001-ci ildə yeni partiya təsis etdi. 14 yanvar 2001-ci ildə I Quruluş Qurultayı keçirilən partiya Azərbaycan Kommunist Partiyası (marksist-leninist platformada) adlanırdı. Ancaq bu daha çox AKP adının yeni partiyadan geri alınması üçün edilən bir cəhd idi. Qurultayda Telman Nurullayev partiya lideri seçildi.
Bu qurultayı tanımayan Firudun Həsənov Telman Nurullayevin partiyadan xaric edildiyini, Telman Nurullayev isə Firudun Həsənovun partiyadan xaric edildiyini iddia etdi.
Bu partiya 30 oktyabr 2011-ci ildə Ələsgər Xəlilovun lideri olduğu AKP qolu ilə birləşdi, lakin 29 sentyabr 2013-cü ildə yenidən ayrı bir qol olaraq ayrıldı.
2007-ci ildə Ramiz Əhmədovun ölümündən sonra AKP daxilində daxili qarşıdurmalar artdı və partiya bir neçə qrupa ayrıldı:Keçmiş sədr müavini Rüstəm Şahsuvarov və AKP-nin keçmiş millət vəkili Rauf Qurbanov rəhbərliyində.[2]
Ramiz Əhmədovun ölümündən sonra Rüstəm Şahsuvarov 14 oktyabr 2007-ci ildə qurultay keçirmiş və özünün sədr, Seyidağa Muradovun sədrin birinci müavini[3] seçildiyini elan etmişdir. 23 dekabr 2007-ci ildə Azərbaycan Kommunist Partiyasının Növbədənkənar XXXVII (III) Qurultayında partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdir.[2][4] Gülnisə Məhsimova isə sədrin müavini seçilmişdir.[5][6]
2008-ci ildə Rüstəm Şahsuvarovun rəhbərlik etdiyi partiyada qarşıdurmalar artdı. Fövqəladə Qurultay keçirildi və Ələsgər Xəlilov sədr seçildi. Rüstəm Şahsuvarov sədr olduğunu iddia edərək qurultayı tanımasa da, 2008-ci ilin sonunda partiyadan istefa verdi.
Şahsuvarov daha sonra Azərbaycan Sosialist Partiyasını yaratdı, lakin Elşən Hüseynov eyniadlı partiyanın lideri olduğu üçün partiyanın adı "Azərbaycan Mütərəqqi Sosialist Partiyası" olaraq dəyişdirildi. 2009-cu ilin mayında Azərbaycan Mütərəqqi Sosialist Partiyası Azərbaycan Xalq Sosialist Partiyasına birləşdi. Rüstəm Şahsuvarov sədr müavini oldu.[7] Rüstəm Şahsuvarov 2020-ci ildə vəfat etmişdir.
2015-ci ildə 2008-ci ildə Rauf Qurbanovun müavini seçilən Gülnisə Məsimovanın sədrliyi ilə AKP-də yeni qrup yarandı.[8] 1 mart 2015-ci ildə AKP-nin IV (XXXVIII) Gülnisə Məhsimova Rauf Qurbanovu partiyadan ixrac edərək sədr seçildi. Gülnisə Məhsimova Rauf Qurbanov partiyadan ixrac etdiyini, Rauf Qurbanov isə Gülnisə Məhsimovanı ixrac etdiyini iddia etmişdir. Gülnisə Məhsimovanın rəhbərlik etdiyi partiya Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanova yaxın olduğu üçün mediada Zyuqanovçular adlandırılmağa başladı.
30 oktyabr 2011-ci ildə Ələsgər Xəlilovun başçılıq etdiyi rəsmi qeydiyyatdan keçmiş AKP və Telman Nurullayevin başçılıq etdiyi AKP (Marksist-Leninist) partiyası birləşdi. Vahid partiyanın adı "Azərbaycan Kommunist Partiyası" olaraq dəyişdirildi və Telman Nurullayev lider seçildi. Birləşdirilmiş qol avtomatik olaraq rəsmi qeydiyyatdan keçmiş tərəf olur.
2013-cü il prezident seçkiləri zamanı vahid partiyada daxili qarşıdurmalar pik həddə çatdı. Nəticədə partiya yenidən Ələsgər Xəlilov və Telman Nurullayevin qollarına bölündü. Bu vəziyyətdə qarışıqlıq səbəbiylə rəsmi qeydiyyatdan keçmiş partiya Rauf Qurbanovun lider olduğu partiyaya çevrildi.
Telman Nurullayev qolu Ələsgər Xəlilov və tərəfdarlarının ixrac edildiyini iddia etsə də, Ələsgər Xəlilov qolu Telman Nurullayevin etimad səsverməsi ilə devrildiyini iddia etdi. Ələsgər Xəlilov və komandası yenidən qurultay keçirdi. Qurultayda Hacı Hacıyev partiya lideri seçildi.
Hacı Hacıyev 2016-cı ildən Ədliyyə Nazirliyi tərəfindən tanınan Azərbaycan Kommunist Partiyasının sədridir. Azərbaycan Prezidentinin Administrasiyasının 2020-ci ildə apardığı danışıqlarda Hacı Hacıyev[9] və Rauf Qurbanov sədr kimi tanındı.[mənbə göstərin]
Hacı Hacıyevin rəhbərlik etdiyi qol 4 may 2023-cü ildə partiyanın buraxıldığı ilə bağlı bəyanat yaydı.[10] 29 sentyabr 2023-cü ildə Hacı Hacıyev öldü.[11]
Yuxarıda adı çəkilən tərəflər arasında hal-hazırda aktiv olanlar aşağıdakı şəxslərin rəhbərlik etdiyi qollardır:[12]
Partiya Rusiya Federasiyası Kommunist Partiyası ilə sıx əlaqələrdə sahib idi, lakin partiya Azərbaycanın müstəqilliyinə qarşı deyil. Ramiz Əhmədov özlərini Nərimanovçu kimi qələmə verib və 1920-ci illərdə Azərbaycanın solçu lideri olmuş Nəriman Nərimanovun milli, mədəni və iqtisadi fikirlərinə sadiq qaldıqlarını və "milli kommunizm"in qabaqcılı hesab etdiklərini söyləyib.
Partiya tez-tez ABŞ-nin bölgədəki siyasətini tənqid edir. ABŞ 2004-cü ildə Dağlıq Qarabağ separatçılarına qarşı sanksiya tətbiq etməyi planlaşdırmadığını elan etdikdən sonra, Ramiz Əhmədov amerikalıların gizli şəkildə erməni maraqlarını qoruduğunu və Vaşinqtonun münaqişənin dayandırılmasında maraqlı olmadığını söylədi. O, böyük dövlətlərin Qarabağ problemindən öz maraqları üçün istifadə etdiyini də bəyan etdi.
Partiya Azərbaycanın İraq müharibəsinə qatılmasının qəti əleyhinə idi və tez-tez Fələstin xalqı, Kuba və Dnestryanı ilə həmrəy olmağa çağırırdı.
Partiya rəhbərləri ayrı-ayrı qolları olduğundan bəziləri Mərkəzi İcraiyyə Komitəsinin, bəziləri Mərkəzi Komitənin rəhbərləri və ya baş katibləridir. Bu ənənə Sovetlərin mirasıdır.
# | Adı | Başlanğıc | Bitmə |
---|---|---|---|
1 | Ramiz Əhmədov | 27 noyabr 1993 | 20 oktyabr 1999 |
2 | Firudun Həsənov | 20 oktyabr 1999 | 17 avqust 2000 |
(1) | Ramiz Əhmədov | 17 avqust 2000 | 10 sentyabr 2007 |
- | Telman Nurullayev | 14 yanvar 2001 | 30 oktyabr 2011 |
3 | Rüstəm Şahsuvarov | 14 oktyabr 2007 | 2008 |
- | Rauf Qurbanov | 23 dekabr 2007 | 23 sentyabr 2013 |
4 | Ələsgər Xəlilov | 2008 | 30 oktyabr 2011 |
5 | Telman Nurullayev | 30 oktyabr 2011 | 29 sentyabr 2013 |
6–7. | Rauf Qurbanov | 23 sentyabr 2013 | 2023 |
7 | Hacı Hacıyev | 3 mart 2017 | 4 may 2023 |
- | Telman Nurullayev | 29 sentyabr 2013 | 2023 |
- | Gülnisə Məsimova | 1 mart 2015 | 2023 |
Azərbaycan Kommunist Partiyasının bir neçə qolu olduğu üçün rəmzləri də fərqlidir. Hacı Hacıyevin rəhbərlik etdiyi qolun rəsmi emblemi qırmızı dairə daxilində qələm və oraqdır. Rauf Qurbanovun rəhbərlik etdiyi qolun rəsmi emblemi proqrama əsaslanır. Belə ki, Azərbaycan Kommunist Partiyasının dövlət qeydiyyatından keçmiş nizamnaməsinin VIII maddəsinin birinci bəndində qeyd olunur:[13]
Partiyanın daxili parçalanması səbəbindən AKP-nin qurultay tarixi çox qarışıqdır. Aşağıdakı sıralamalar dövlət tərəfindən tanınan tərəflərin qurultaylarına əsaslanır, bu qurultaylar qalın hərflərlə göstərilmişdir. Digər alternativ qurultaylar kursivlə göstərilmişdir.
Eyni zamanda bəzən partiya qurultayları Azərbaycan Kommunist Partiyasının sonuncu, yəni 33-cü qurultayından etibarən hesablanmışdır.
Qurultay | Tarix | Seçilən sədr | Namizəd | Qurultay Səbəbi/Nəticəsi |
---|---|---|---|---|
I (Yenidən Quruluş) Qurultayı | 27 noyabr 1993 | Ramiz Əhmədov | Ramiz Əhmədov (Tək Namizəd) | Partiya yenidən quruldu. Sədr Ramiz Əhmədov seçildi. |
I Növbədənkənar Qurultay | 26 oktyabr 1996 | Firudun Həsənov | Firudun Həsənov (Tək Namizəd) | Ramiz Əhmədov rəhbərliyi devrildi. Yeni lider Firudun Həsənov seçildi. 1998-ci il prezident seçkilərində AKP öz lideri Firudun Həsənovun namizədliyini irəli sürdü. 1999-cu ildə qol rəsmi olaraq qeydiyyata alındı. |
Quruluş Qurultayı | 14 yanvar 2001 | Telman Nurullayev | Telman Nurullayev (Tək Namizəd) | Telman Nurullayev, AKP-nin xələfi AKP-ni (marksist-leninçi platformada) yaratdı. Sədr olaraq Telman Nurullayev seçildi. |
IV Qurultay | 14 oktyabr 2007 | Rüstəm Şahsuvarov | Rüstəm Şahsuvarov (Tək Namizəd) | Rüstəm Şahsuvarov özünü partiyanın sədri elan etdi. |
IV (XXXVII) Qurultay | 23 dekabr 2007 | Rauf Qurbanov | Rauf Qurbanov (Tək Namizəd) | Rauf Qurbanov Rüstəm Şahsuvarovun liderliyini tanımadı. Bir qurultay təşkil edərək sədr, Gülnise Mahsimova isə sədr müavini seçildi. |
I Fövqəladə Qurultay | 2008 | Ələsgər Xəlilov | Ələsgər Xəlilov (Tək Namizəd) | Rüstəm Şahsuvarovun prezidentliyinə etiraz edən partiya üzvləri fövqəladə bir qurultay təşkil edərək Ələsgər Xəlilovu sədr seçdilər. |
Birləşdirici Qurutay | 30 oktyabr 2011 | Telman Nurullayev | Telman Nurullayev (Tək Namizəd) | Telman Nurullayev və Ələsgər Xəlilov qolları birləşdirildi. Birləşmiş yeni AKP yarandı. |
VII Qurultay | 29 sentyabr 2013 | Hacı Hacıyev | Hacı Hacıyev (Tək Namizəd) | Yenidən bölünmüş AKP-nin lideri Hacı Hacıyev seçildi. |
V (XXXVIII) Qurultay | 1 mart 2015 | Gülnisə Məhsimova | Gülnise Mahsimova (Tək Namizəd) | Gülnisə Məhsimova Rauf Qurbanovu partiyadan ixrac edildi və özü partiyanın lider seçildi. |
VII Qurultay | 28 oktyabr 2018 | Hacı Hacıyev | Hacı Hacıyev (Tək Namizəd) | Hacı Hacıyev sədr seçildi. Yeni partiya rəhbərliyi müəyyənləşdi. |
VIII Qurultay | 28 avqust 2020 | Hacı Hacıyev | Hacı Hacıyev (Tək Namizəd) | Hacı Hacıyev sədr seçildi. Yeni partiya rəhbərliyi müəyyənləşdi. Partiyanın qollarını birləşdirmək üçün çağırışlar edildi. |
VIII Qurultay | 27 noyabr 2022 | Telman Abdullayev | Telman Abdullayev (tək namizəd) | Partiya sədri postu təsis edildi. Birinci katib Telman Abdullayev sədr, katib Ədalət Abdinov isə birinci katib seçildi. |
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | 0 / 100 | Mərkəzi Seçki Komissiyası tərəfindən vahid çoxmandatlı seçki dairələri üzrə seçkilərə buraxılmadı. | 0 / 125 | |||||
2000 | 0 / 100 | 182 029 | 6.33 | 2 / 25 | 2 / 125 | |||
2005 | 0 / 125 | N/A | N/A | N/A | 0 / 125 | |||
2010 | 6 942 | 0.29 | 0 / 125 | N/A | N/A | N/A | 0 / 125 | |
2015 | Rauf Qurbanov | 11 426 | 0.4 | 0 / 125 | N/A | N/A | N/A | 0 / 125 |
2020 | Rauf Qurbanov | 0 / 125 | N/A | N/A | N/A | 0 / 125 |
Bələdiyyə
|
Təkrar və əlavə
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.