Azərbaycan–NATO münasibətləri
From Wikipedia, the free encyclopedia
Azərbaycan-NATO əlaqələri — Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir.[1] Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi.[2]