![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/SamtskheJavakhetiLocationinGeorgia.svg/langaz-640px-SamtskheJavakhetiLocationinGeorgia.svg.png&w=640&q=50)
Axısqa türkləri
From Wikipedia, the free encyclopedia
Axısqa türkləri, həmçinin türk axısqalılar,[5] Mesxeti türkləri və ya türk mesxetililər[6][7][8] (türk. Ahıska Türkleri;[9][10] gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır.[11]
Ümumi sayı | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
~600.000[1] | |||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||
Mənşəyi | |||||||||||||||||||||||||||
Oğuz (Türk) | |||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/SamtskheJavakhetiLocationinGeorgia.svg/640px-SamtskheJavakhetiLocationinGeorgia.svg.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/b/bc/Ah%C4%B1sqa_b%C3%B6lg%C9%99sinin_ya%C5%9Fay%C4%B1%C5%9F_m%C9%99nt%C9%99q%C9%99l%C9%99ri.jpg/640px-Ah%C4%B1sqa_b%C3%B6lg%C9%99sinin_ya%C5%9Fay%C4%B1%C5%9F_m%C9%99nt%C9%99q%C9%99l%C9%99ri.jpg)
İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi.[12] 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər.[13] Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir. 1990-cı ildə Ukraynaya köçənlər mövsümi işçilərin məskunlaşdığı gecəqondularda yaşayırlar.[13]