Avstriya memarlığı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Avstriya memarlığı — Avstriya Respublikasının memarlıq sənəti.
XII–XIII əsrlərdə Avstriya memarlığında roman üslubu bazilikalar, XIII–XV əsrlərdə qotik üslub (Vyanadakı Müqəddəs Ştefan kafedralı), XVII əsrin sonu XVIII əsrin birinci yarısında isə barokko üslubu (Vynada Karl Borromey kilsəsi, Şenbruin, Trautzon, Şvartsenberq sarayları) geniş yayılmışdır. XIX əsr Avstriya memarlığında eklektizm modernizmlə (memar V. Vaqner, A. Looz və başqaları) əvəz olunmuşdur. 1920–1930-cu illərdə Avstriya memarlığında, memar Klemens Holtmeysterin yaradıcılığında milli romantik istiqamət inkişaf etmişdir. 1945-ci ildən sonra Avstriyada müasir üslubda binalar (Vyanada Ştadthalle universal şəhər zalı, 1955–1958, memar Roland Rayner; internat məktəb, 1966, memar Q. Peyxl; Linsdə A. Brükner adına konsert zalı. 1972, memar X. Siren və s.) yaradılmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.