From Wikipedia, the free encyclopedia
Avstraliya Qırmızı Xaç Cəmiyyəti (ing. Australian Red Cross) — Avstraliyada qabaqcıl humanitar yardım edən təşkilat. 1914-cü ildə təsis edilən və 1941-ci ildə kral nizamnaməsinə daxil olan Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avstraliya milli cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsiplərinə əsasən dünyəvi, neytral, qərəzsiz və müstəqil humanitar təşkilatdır.
Avstraliya Qırmızı Xaç Cəmiyyəti ARCS | |
---|---|
ing. Australian Red Cross | |
Növü | Qeyri-hökumət təşkilatı |
Fəaliyyəti | Humanitar yardım |
Şüar | İnsanlığın gücü (ing. The power of humanity) |
Yaranma tarixi | 1914 |
Qeydiyyat tarixi | 28 iyun, 1941-ci il, kral nizamnaməsi ilə [1] |
Mərkəzi | Melburn, Viktoriya (ştat), Avstraliya |
Sədr | Cudi Slatyer |
redcross.org.au | |
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə Asiya-Sakit Okean bölgəsində beynəlxalq yardım, beynəlxalq humanitar hüquq müdafiəçiliyi, miqrasiya dəstəyi, fövqəladə hallarda yardım, Avstraliya Qırmızı Xaç Qan Xidməti vasitəsilə qan köçürmələri və Avstraliya aborigenləri, gənclər, ailələr, yaşlılar və əlil şəxslər üçün icma xidmətləri kimi bir sıra xidmət və proqramlar daxildir.
Zati-aliləri Avstraliya Respublikasının Qubernatoru, general-leytenant Piter Kosqrov Avstraliya Qırmızı Xaç Cəmiyyətinin patronu və Milli Şuranın qeyri-səsverməli üzvüdür. Milli Şura ən yüksək idarəetmə qərarı qəbul edən orqandır və prezident və Milli Şuranın da daxil olduğu 53 üzvdən ibarətdir. Milli Şura Milli Şuranın nümayəndələrinə və CEO-ya əməliyyat və idarəetmə qərarları və digər məsuliyyətlərini təqdim edir.[2]
Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı 1914-cü ildə Avstraliyada, I Dünya Müharibəsi başladıqdan doqquz gün sonra, Xanım Helen Munro Ferquson tərəfindən yaradılmışdır. Britaniya Qırmızı Xaç Cəmiyyəti Avstraliya filialının adını Avstraliya Qırmızı Xaç Cəmiyyəti kimi dəyişdi və 1941-ci il iyun ayının 28-də kral nizamnaməsi ilə təsis edildi.
Könüllülərin cəmiyyət üçün olan sevgisi və öhdəliyi hamıya məlumdur. Hər növ fəlakətlər zamanı könüllülər bacardıqları qədər cəmiyyətə yardım edirlər. Bu gün 60000-dən çox təlim keçmiş könüllü var və Avstraliya Qırmızı Xaç Cəmiyyətinin bütün proqramı ictimai ianələr və korporativ əməkdaşlıqlar ilə maliyyələşdirilir.
İctimai ianələr və korporativ əməkdaşlıqlar. Avstraliyada Qırmızı Xaç Cəmiyyətinin səkkiz prioritet sahəsi mövcuddur:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.