![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/Flagaue.jpg/640px-Flagaue.jpg&w=640&q=50)
Avropanın himni
From Wikipedia, the free encyclopedia
Avropanın himni — Avropanın simvollarından biri olmaqla Avropa İttifaqının və Avropa Şurasının himni. Bethovenin "Doqquzuncu simfoniyası"nın dördüncü hissəsinin əsas mövzusuna instrumental versiyada[1] əsaslanır və hər iki təşkilat tərəfindən rəsmi tədbirlərdə ifa olunur.
Avropanın himni | |
---|---|
![]() | |
Bəstəkar | |
Audio nümunəsi | |
|
|
![]() |
Fridrix Şiller 1785-ci ildə "Sevinc üçün oda" poemasını "bəşəri qardaşlığın təntənəsi" kimi yazmışdır. 1823-cü ildə Şillerin ölümündən sonra şeirin sözləri Lüdviq van Bethoven tərəfindən Doqquzuncu Simfoniyasının dördüncü (son) hissəsində istifadə edilmişdir.
Avropa Şurasının Nazirlər Komitəsi 19 yanvar 1972-ci ildə Strasburqda rəsmi olaraq Avropa himnini elan etdi: Lüdviq van Bethovenin 9-cu simfoniyasının 4-cü hissəsi.
Dirijor Herbert fon Karayan Avropa Himninin üç rəsmi instrumental aranjimanını — fortepiano, nəfəs alətləri və simfonik orkestr üçün yazmışdır. O, musiqinin tempini də dəyişib. Karayan Bethovenin yarım notdan istifadə etdiyi dörddəbir notdan istifadə etdi.
4 oktyabr 2010-cu ildə himn ilk dəfə rəsmi idman tədbiri zamanı, Avropa Komandası Amerika Birləşmiş Ştatları komandasını məğlub edərək Ryder Cup qolf turnirində qalib gələndə istifadə edilmişdir.