From Wikipedia, the free encyclopedia
Avropa Parlamentində Qətər rüşvət qalmaqalı və ya Qətərgeyt (ing. Qatargate) — Avropa Parlamenti rəsmiləri, lobbistlər və onların ailə üzvlərinin Qətər, Mərakeş, Mavritaniya dövlərtləri, həmçinin Avropadakı Erməni diasporunun (xüsusilə Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatı[1][2][3]) tərəf olduğu, 2022-ci ilin dekabrından davam edən siyasi qalmaqal. Araşdırmalar zamanı, yüksək vəzifəli Avropa Parlamenti rəsmilərinin rüşvət, pul yuyulması və mütəşəkkil cinayətkarlıq əməlləri ilə məşğul olmaları aşkara çıxarılmışdır.[4]
Belçika, İtaliya və Yunanıstanın hüquq-mühafizə orqanları, cinayət əməllərində şübhəli bilinən diplomatlardan 1,5 milyon avro nəğd pul, kompyuter və mobil telefonlar konfiskasiya etmiş, dörd diplomata qarşı isə iddia edilən cinayətlərlə bağlı ittiham irəli sürülmüşdür.[5][6] [7] [8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.