Avropa İttifaqının genişlənməsi
From Wikipedia, the free encyclopedia
Tarix boyu Avropa İttifaqı (Aİ) dəfələrlə yeni üzv dövlətlərin ittifaqa qoşulması ilə genişlənmişdir. Aİ-yə qoşulmaq üçün bir dövlətin qanunun aliliyinə və ona uyğun azadlıqlara və qurumlara hörmət edən və sabit bir demokratik hökumət tələb edən Kopenhagen meyarları (1993-cü ilin iyun ayında Kopenhagen zirvəsindən sonra) adlanan iqtisadi və siyasi şərtləri yerinə yetirməsi lazımdır. Maastricht Müqaviləsinə görə, mövcud hər bir üzv dövlət və Avropa Parlamenti istənilən genişlənməyə razı olmalıdır. Genişlənmə prosesi bəzən Avropaya inteqrasiya olaraq da adlandırılır. Bu termin, eyni zamanda, milli hökumətlər milli qanunların tədricən uyğunlaşdırılmasına imkan verdiyi üçün Aİ üzv dövlətləri arasında əməkdaşlığın intensivləşdirilməsinə işarə olunur.
Aİ-nin sələfi Avropa İqtisadi Birliyi [1], 1958-ci ildə, Roma Müqaviləsi qüvvəyə mindikdə , Daxili Altılıq üzv dövlətlə quruldu. O vaxtdan bəri, Aİ üzvlüyü iyirmi yeddi ölkənində qatılması ilə böyüdü. Son üzv dövlət olan Xorvatiya isə 2013-cü ilin iyulunda ittifaqa qoşuldu. Ən son Aİ ərazisinin genişlənməsi 2014-ci ildə Mayotte ilə baş verdi. Aİ-nin və sələflərinin ən nəzərəçarpaçaq ərazi azalmaları 1962-ci ildə Cezayirin müstəqillik əldə etməsilə çıxması, 1985-ci ildə Qrenlandiyanın çıxması və 2020-ci ildə Birləşmiş Krallığın ittifaqdan çıxması ilə baş vermişdir.
2020-ci ilə əsasən Albaniya (2020-ci ildən), Monteneqro (2012-ci ildən), Şimali Makedoniya (2020-ci ildən), Serbiya (2014-cü ildən) və Türkiyə (2005-dən) ilə üzvlük danışıqları aparılır. Serbiya və Monteneqro, Avropa Komissiyasının keçmiş prezidenti Cin-Klaud Cunker və Genişlənmə komissarı Coannes Hahn tərəfindən öndə gedən potensiallı namizədlər olaraq xarakterizə edildi və Avropa Komissiyasının növbəti mandatı dövründə 2025-ci ilə qədər ittifaqa qoşula biləcəkləri proqnozlaşdırdı.[2][3][4] Türkiyə ilə danışıqlar davam edir, lakin Türkiyə hökumətinin 2016-cı il dövlət çevrilişi cəhdinə reaksiyasına Aİ-nin etirazları səbəbindən danışıqlar yavaşladı.[5]