Avqustun 5 günü
Gürcüstan və ABŞ filmi / From Wikipedia, the free encyclopedia
Avqustun 5 günü (ing. 5 Days of August, ing. 5 Days of War) — Gürcüstan-ABŞ birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film «Haqq yolunda mübarizə» adı altında nümayiş etdirilmişdi və demək olar ki, bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu[3]. Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, «qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı»[4]. Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı[5]. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi[6]. Bundan başqa, Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş «Avatar» filminin reytinqini də ötmüşdü[6].
Avqustun 5 günü | |
---|---|
ing. 5 Days of August | |
Janr | Döyüş |
Əsas mövzu | hərbi müxbir[d], Rusiya–Gürcüstan müharibəsi |
Rejissor | Renni Harlin |
Prodüserlər |
Renni Harlin Corc Lasku Mirza Davitaya Koba Nakopiya |
Ssenari müəllifləri |
Mikko Alanne David Battle |
Baş rollarda |
Endi Qarsia Val Kilmer Riçard Koyl Emmanuel Şriki Rupert Friend Johnathon Schaech Dean Cain Rade Šerbedžija Antje Traue Heather Graham |
Operator | Çekko Vareze |
Bəstəkar | Trever Rebin |
İstehsalçılar |
Georgia International Films Midnight Sun Pictures Rex Media ICF Production |
Distribütor | Anchor Bay Entertainment[d], Netflix |
İlk baxış tarixi | 5 iyun, 2011 (Gürcüstan) |
Filmin digər adları |
Qanlı avqust Müharibənin 5 günü |
Filmin növü | Bədii film |
Müddət | 120 dəq |
Büdcə | 12 mln $[1] |
Gəlir | 316,944 $[2] |
Ölkələr |
ABŞ Gürcüstan |
Dillər | ingiliscə, gürcücə |
İl | 2011 |
Rəng | rəngli |
IMDb | ID1486193 |
Demək olar ki, istehsal başladıqdan və nümayişinə qədər olan müddət ərzində, film həm Gürcüstan, həm də Rusiyada tənqidlərə məruz qalmışdı. Gürcüstan tənqidçiləri (ilk növbədə müxalifət nümayəndələri və jurnalistlər) film istehsalına tənasübsüz surətdə yüksək pul vəsaitlərinin xərclənməsini və onu müşaiət edən reklam kompaniyasına (o zaman üçün ən bahalı Gürcüstan film proyektlərdən biri idi[7]) işarə edirdilər. Rusiyalı tənqidçilər və gürcüstanlı müxalifətçilər müharibə hadisələrin qərəzli canlandırdırılması iddiası ilə filmi tənqid etmişdilər. Onların fikrincə, belə bir film Gürcüstan hakimiyyətinin özünü beynəlxalq siyasi aləmdə reklam etmə kompaniyası üçün ehtiyac olduğundan ərsəyə gətirilmişdi[8].