Avaça körfəzi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var.[1] Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.[2]
Avaça körfəzi | |
---|---|
rus. Авачинская бухта | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Sahəsi | 215 km² |
Dərin yeri | 26 m |
Orta dərinliyi | 9 m |
Yerləşməsi | |
52°59′00″ şm. e. 158°33′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir.
Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir.[3] Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir. Dərinliyi 25 metrdir. Buxtaya Avaça və Paratunka çayları tökülür. Sahillərində Petropavlovsk-Kamçatski və Vilyuçinsk şəhərləri yerləşir. Üstəlik burada Rusiyanın Sakitokean donanması yerləşdirilir. Buxtanın simvolu Tri Brata adalarıdır. Ada körfəzin girəcəyində onun Avaçi körfəzi ilə birləşdiyi ərazidə yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.