Astrabad körfəzi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir[1]. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir. Körfəzin cənub sahilində isə Bəndər Gəz şəhəri yerləşir.
Astrabad körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 4 m |
Yerləşməsi | |
36°54′15″ şm. e. 53°55′00″ ş. u.HGYO | |
Ölkə | İran |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1668-ci ildə Stepan Razin Mianqala yarımadasında torpaq və taxtadan divar tikməsini əmr etmişdir. 1669-cu ildə rusların bölgəni tərk etməsi ilə farslar istinadgahı “Orus-qala” olaraq adlandırdılar.
I Pyotrın Xəzər sahili ərazilərə yürüşü zamanı Astrabad vilayəti 1723-cü il traktadı ilə Rusiya imperiyasına güzəştə gedilmişdir. Ancaq bununla belə rus ordusu bölgəyə çıxarılmamışdır. 1732-ci ildə imzalıanmış Rəşt müqaviləsinə əsasən bölgə Səfəvilərə qaytarılmışdır[2].
26 iyul 1781-ci ildə Marko Voynoviçin rəhbərlik etdiyi eskadra Astrabad körfəzinə daxil olmuşdur. Voynoviçin əsgərləri 1781-ci ilin sentyabrında Stepan Razinin inşa etdirdiyi istinadgahdan bir qədər aralıda limanın inşasına başlayırlar. Ancaq Voynoviç Ağa Məhəmməd şah Qacara əsir düşür. Astrabad faktoriyası ruslar tərəfindən 1782-ci ildə Aşur adasında təşkil edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.