From Wikipedia, the free encyclopedia
Asqırmaq — ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır.
Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır.
Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir. Uzanmış halda, xüsusilə, yuxuda ikən sinir sisteminin bəzi hissələri bağlı (fəaliyyətsiz) olduğuna görə əsasən asqırma hadisəsi olmur. Ancaq çox qüvvətli beyin siqnalları nəticəsində insan oyanır və asqırır.
Asqırdığımız zaman gözlərimizi açıq tuta bilmirik.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.