Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı From Wikipedia, the free encyclopedia
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı (2024), Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Asif Əsgərov | |
---|---|
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 112 saylı Zaqatala |
2 sentyabr 2015 – 23 sentyabr 2024 | |
25 iyun 2009 – 2 sentyabr 2015 | |
Əvvəlki | Sahib Ələkbərov |
Sonrakı | Eldar Əzizov |
15 fevral 2006 – 25 iyun 2009 | |
Əvvəlki | Vaqif Rəhimov |
Sonrakı | Mübariz Əhmədzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006 2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.[1][2]
Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir.
Ailəlidir, 2 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.